Vikipediya Bilirsinizmi Fevral 2015 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Vikipediya məqalələrindən
- Rəvayətə görə folklor personajları Qaragöz və Xacivat işlədikləri məscid inşaatının bitməsinə mane olduqlarına görə Osmanlı sultanı Orxan Qazi tərəfindən edam ediliblər.
- Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı I Fərrux Yasarın qəbri 1983-cü ildə Cabanı kəndində kənd sakini Alxan Ömərov tərəfindən tapılıb.
- Venesiya Kino Festivalının əsas mükafatları Volpi kuboku və Qızıl Şirdir.
- Animizm ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inancdır.
- Süni kəllə deformasiyası etnik kimlik yaratmaq və ya sosial statusu göstərmək üçün kəllə (şəkildə) üzərində yerinə yetirilən bədən modifikasiyasıdır. Çində isə qadın gözəlliyini ifadəsi kimi xüsusilə Suy sülaləsi dövründə ayağın bağlanması prosesi aparılırdı.
- İsrail, Azərbaycan, Meksika, Serbiya, Polşa və İrlandiya kimi ölkələr Pilotsuz uçuş aparatı Aeronautics Orbiterin istifadəçiləridir.
- İnsanın daxili üzvlərində Həzm aparatı, Tənəffüs aparatı və Sidik-cinsiyyət aparatı adlı üç aparat var.
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Vikipediya məqalələrindən
- Andreas Qurskinin çəkdiyi "II Reyn" dünyanın ən bahalı fotoşəkli kimi tarixdə düşmüşdür. Belə ki, həmin əsər 2011-ci ildə Nyu-Yorkun "Kristis" hərrac evində 4,3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
- Şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalenti Sukuk adlanır.
- ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat "Xalqın seçimi" adlanır.
- 1922-ci ildə keçirilmiş Birinci Bakı Yarmarkası əmtəə dövriyəsinin həcminə görə Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tutmuşdur.
- Peru ərazisindəki Çauçilla qəbiristanlığında (şəkildə) şəxsi əşyaları ilə birgə dəfn edilmiş bütün mərhumlar oturmuş vəziyyətdədir.
- ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən Qrin Benk şəhəri Dünyanın ən sakit şəhəri hesab olunur.
- Tikilməsi planlaşdırılan Nikaraqua kanalının sayəsində yüklərin Amerika, Avropa və Asiya arasında su yolu ilə daşınmasına çəkilən xərclər azalacaq.
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Vikipediya məqalələrindən
- Monaş Universiteti Avstraliyada ilk universitetdir ki, şəhərin və ya ştatın adı ilə deyil, insanın şərəfinə adlandırılmışdır.
- Florida puması (şəkildə) ABŞ-ın şərqində yaşayan yeganə puma növüdür.
- ABŞ-ın Çikaqo şəhəri Bakı ilə eyni ləqəb daşayır: "Küləklər şəhəri".
- Liberiyanın paytaxtı Monroviya Vaşinqtondan sonra ABŞ prezidentinin soyadı ilə adlanmış ikinci paytaxtdır.
- Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində Azərbaycanın "Qayınana" filmindən fraqment yer alıb.
- "Apollon 8" proqramı həm də kosmik gəminin uçuş trayektoriyasının 8 rəqəminə oxşaması ilə üst-üstə düşür.
- Yellouston Milli Parkı dünyanın ilk milli parkıdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Vikipediya məqalələrindən
- Xlor Yerin Ozon təbəqəsinin dağılmasında əsas faktorlardan biri sayılır.
- Osiris Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısıdır.
- Candargölün tam ortasından Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçir.
- Alman ordusu Soyuq müharibə dövründə Almaniyadan kənarda heç bir hərbi əməliyyatda iştirak etməmişdir.
- Luiziana 1803-cü ildə ABŞ tərəfindən Fransadan 15 milyon dollara alınmışdır.
- "I" əməliyyatı və Şurikin başqa macəraları" filmindəki bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü.
- 23 il bundan əvvəl Qarabağ müharibəsi zamanı baş vermiş ən dəhşətli hadisə olan Xocalı soyqırımı törədilmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə