Vikipediya Bilirsinizmi Fevral 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 5. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan tar ifaçılıq sənəti və tarın hazırlanma ustalığı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
- Malayziyanın Selanqor ştatında yerləşən Sultan Səlahuddin Əbdül Əziz məscidi (şəkildə) minarələrinin hündürlüyünə görə Mərakeşin Kasablanka şəhərində yerləşən İkinci Həsən məscidindən sonra dünyada ikinci yeri tutur.
- Çində Yanszı çayının üzərində yerləşən Üç dərə SES dünyada gücünə görə birinci su elektrik stansiyasıdır.
- Kompüter elmləri üzrə görkəmli alimlərdən biri Marvin Minski 1959-cu ildə Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda ilk süni intellekt laboratoriyasının əsasını qoyub.
- Yapon çay mərasiminin keçirildiyi çaşitsuların tikilməsində istifadə edilən memarlıq stili "sukiya" adlanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 6. Həftə
Vikipediya məqalələrindən
- İlk elektromaqnetik radiasiya şüası yayan, yüksək maqnitləşmiş böyük sürətlə dönən neytron ulduz — pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 noyabr 1967-ci ildə müşahidə edilmişdir.
- Dinozavr sözü yunan dilindəki "δεινός" ("dəhşətli") və "σαῦρος" ("kələz") sözlərinin birləşməsindən əmələ gəlmişdir və bu termin ingilis paleontoloqu Riçard Ouen tərəfindən 1842-ci ildə təklif edilmişdir.
- Edo dövründə ukiyo-e rəssamı Katsuşika Hokusay tərəfindən çəkilmiş "Kanaqavada böyük dalğa" qravürü Yaponiya incəsənətinin ən tanınmış əsəri hesab olunur.
- Vaşinqton ştatının bayrağı (şəkildə) üzərində ABŞ prezidenti Corc Vaşinqtonun şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.
- Abşeron yarımadasından şərqdə yerləşən Qu adası Azərbaycan ərazisindəki iki hərfli tək toponimdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Vikipediya məqalələrindən
- Haumeanın peyklərinin adları Havay mifologiyasında rəqs ilahəsi Hiikadan və dəniz ilahəsi Namakadan götürülmüşdür.
- Britaniya Hind okeanı ərazilərinin tərkibinə daxil olan Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-a icarəyə verilmişdir.
- Azerspace-1 peyki orbitə 2013-ci il 7 fevral tarixində, Fransa Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır.
- Yuqoslaviya dövləti 1992-ci ildə dağılsa da, ölkə üçün ayrılmış ".yu" domeni 2010-cu ilin 30 martına kimi istifadə olunmuşdur.
- 2002-ci ildə futbol üzrə Avstraliya millisinin Amerika Samoası millisini 31-0 məğlub etməsi Mayk Brett və Stiv Ceymisonun rejissorluq etdiyi "Next Goal Wins" adlı 2014-cü il istehsalı bir sənədli filmin mövzusu olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Vikipediya məqalələrindən
- Qədim Azərbaycan rəqslərindən biri olan Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Meşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilmişdir.
- Moris Bukay müsəlman dünyasında geniş populyarlığa malik və 1976-cı ildə nəşr etdirdiyi "İncil, Quran və elm" kitabında Quranda bir çox elmi kəşflər barədə yazıldığını bildirir.
- Malayziyanın Kedah ştatında yerləşən və dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri olan Zahir məscidində (şəkildə) hər il Quran hafizlərinin festivalı keçirilir.
- Morjlara qarşı ov qadağan edilsə də, bu canlıların ovunu həyata keçirməyə yalnız şimal xalqları olan Eskimoslar və Çukçalara icazə verilir.
- Antik dövrünün sonunda yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adı qnostisizm adlanır.
- Şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi somelye adlanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Vikipediya məqalələrindən
- XIII əsrdə yaşamış katalan trubadur Serveri de Jirona ən məhsuldar trubadur hesab olunur.
- Axtarış sistemi "Google" "What is the loneliest number?" (azərb. "Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Dəniz dibinin soyuq suyunun sürətlə suyun səthinə qalxması ilə müşayiət olunan El-Ninyo hadisəsi Peru sahillərində yerləşən Grau dənizində baş verir.
- Memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad kolonnadadır.
- İtaliyanın Kampaniya regionunun Neapol əyalətində yerləşən Mavi mağara Kapri adasının əsas simvolu sayılır.
- Bəbir çinlilərdə hünər və qəddar döyüşkən obrazı daşıdığı halda, xristianlarda şeytanı, cinayəti, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir.
bax – müzakirə et – redaktə et – tarixçə