Vikipediya Bilirsinizmi Fevral 2018 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 6. Həftə
Vikipediya məqalələrindən
- XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, Qərbi Avropada belə məşhurlaşmışdır. Belə ki, fransız yazıçısı Aleksandr Düma, diplomatı Artur de Qobino öz yazılarında, rus rəssamı Qriqori Qaqarin isə öz rəsm əsərlərində Şamaxı rəqqasələri ilə bağlı məlumatlar vermişdilər.
- İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx donanmasında sualtı qayıq komandiri kimi xidmət etmiş və müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmisini batıran, daha 24 gəmisini zədələməklə sıradan çıxaran, "Dəmir xaç ordeni" kavaleri Viktor Ern 1907-ci ilin 21 oktyabrında Gədəbəy rayonunda anadan olmuşdur.
- "I" əməliyyatı və Şurikin digər macəraları filmində rol almış yeganə azərbaycanlı Hüseyn Axundovdur. Hüseyn Axundov Mosfilmdə tam ştata götürülmüş yeganə azərbaycanlı kimi də tarixə düşüb. 2015-ci ildə 94 yaşında Moskva şəhərində vəfat edib.
- Bakı Şəhər İcra Hakimiyyətinin binası 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Vikipediya məqalələrindən
- Toskananın Val-di-Kyana vadisində yerləşən Arezzo şəhərinin sakinləri ənənəvi olaraq "Mona Liza"nın (şəkildə) fonunda təsvir edilən peyzajın onların şəhərinə aid olduğunu hesab edirlər.
- Tarixdə adı yazıya alınmış ilk şəxs e.ə. 3400-3000-cü illərə və Şumer mədəniyyətinə aid olan tabletlərdə rast gəlinən və mühasib olduğu güman olunan Kuşimdir.
- Nurvest-Şpitsbergen Milli Parkının ərazisində XVII əsrə aid olan balina ovçusularının məzarları vardır.
- 2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd futbol klubu İsveçdəki yerli kürd icmasının əsas simvollarından hesab olunur.
- İrəvanda nəşr olunmuş "Lək-lək" jurnalı indiki Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Vikipediya məqalələrindən
- Əliağa Şıxlinski (şəkildə) Azərbaycanda hərbi lüğətin yaradıcısıdır.
- Snayper Ziba Qəniyeva Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib.
- Şairə Mirvarid Dilbazi "Bütün nöqsanlarınla sevirəm səni" şeirini Vəfa Quluzadəyə həsr edib.
- Çaykənd əməliyyatına Azərbaycan tərəfindən general Məhəmməd Əsədov rəhbərlik edirdi.
- Ağdam şəhərində yerləşən Çörək muzeyinə, AzDimension oyun şirkəti tərəfindən hazırlanan İşğal altında: Ağdam adlı birinci şəxs atıcı janrındakı video oyununda rast gəlmək olar.
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Vikipediya məqalələrindən
- Moqadişonun adı fars dilində Məq'əd-i-Şah (مقعد شاه), "Şahın ağ oturacağı" mənasını daşıyır.
- İvan Urqant (şəkildə) ilk dəfə 18 yaşında olarkən valideynlərinin etirazlarına baxmayaraq, özündən dörd yaş böyük olan Sankt-Peterburq dövlət mədəniyyət institutunun tələbəsi Karine Avdeyeva ilə evlənib.
- Böyük Moğol İmperiyası hökmdarı Cəlaləddin Məhəmməd Əkbərin hakimiyyəti illərində Din-i Ilahi (1582–1605) rəsmi din olmuşdur.
- Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir.
bax – müzakirə et – redaktə et – tarixçə