Vikipediya Bilirsinizmi Fevral 2019 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 6. Həftə
Vikipediya məqalələrindən
- 1274-cü ildə Krumlov qəsrinin (şəkildə) ətrafında Çeski Krumlov şəhərinin əsası qoyulmuşdur.
- Güləşçi Çamsulvara Çamsulvarayev idmandan uzaqlaşdıqdan sonra İŞİD terror təşkilatının sıralarına qoşulub.
- Plutarxın tələbələrinə görə o iki yüzdən çox kitabın müəllifi olmuşdur.
- Mark Tulli Siseron öz əsərlərində ilk dəfə latın dilində fəlsəfi terminologiya yaratmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Vikipediya məqalələrindən
- Adolf Hitler "Mənim mübarizəm"də adı çəkilən yeganə amerikalı olan Henri Fordun böyük fanatı olduğunu bildirmişdir.
- "Narniya xronikaları"nın müəllifi Klayv Steyplz Lyuis "Narniya" sözünü balaca ikən aldığı atlasda tələffüzünü bəyəndiyi və adının altından xətt çəkdiyi İtaliyanın Narni şəhərindən götürmüşdür.
- Yaponiyada insanların tənha şəkildə evlərində ölmələri və cəsədlərinin uzun müddət kəşf olunmamış qalması fenomeninə kodokuşi deyilir.
- Mark Okrand tərəfindən "Ulduz yolu" franşizi üçün yaradılmış süni dil olan Klinqon dilində 250.000 söz olsa da, "salam" sözünə uyğun söz yoxdur.
- Kamçatka yarımadasının ən əhəmiyyətli vulkanı olan Kronotski vulkanı (şəkildə) simmetrik konus formasına görə Fuci dağı və Mayon vulkanı ilə müqayisə olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Vikipediya məqalələrindən
- Fridrix Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda bir çox anarxist ondan təsirlənmişdir
- Stalinin əmri ilə Ramon Merkader Lev Trotskinin evinə daxil olur və müsahibə əsasında Trotskinin başına buz baltası ilə zərbə endirir. Trotski başına aldığı ağır zərbə nəticəsində hadisədən bir gün sonra vəfat etdi.
- Adidas adının ingilis dilində - "All Day I Dream About Sports" cümləsinin abbreviaturasından götürüldüyü iddia olunsa da, bu həqiqəti əks etdirmir və sonralar yaranmış bekronimdir.
- Eldar Əzimzadə (şəkildə) Futbol üzrə SSRİ çempionatının 148 oyununda hakim olub.
- Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Vikipediya məqalələrindən
- Həyatının sonlarında yoxsulluqla üzləşən Rembrandt 1662-ci ildə həyat yoldaşının ölü bədənini məzarından çıxararaq məzar yerini satmışdır.
- Totem, rakun, skunks, mokasin, haski, opossum, pekan, tomahavk kimi sözlər alqonkin dillərindən törəmişdir.
- Böyük London yanğınından sonra şəhəri yenidən inşa edən memar Kristofer Renin məzarında "Oxucu, əgər bir abidə axtarırsansa, ətrafına bax" sözləri yazılmışdır.
- Hastinqs döyüşünün gedişatında Vilhelmin 3 atı öldüyünə görə orduda onun ölməsi barədə şayiənin yayılmasının qarşısını almaq üçün zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
- Müasir astronomiyanın qurucularından biri Tixo Brahe (şəkildə) mövhumatlara olan inanclarına görə dovşan və yaşlı qadınlardan qorxurdu.
bax – müzakirə et – redaktə et – tarixçə