Vikipediya Bilirsinizmi Iyul 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Vikipediya məqalələrindən
- Ağdam Çörək muzeyinin (şəkildə) yaradılması fikri 1983-cü ildə Ulm Çörək muzeyi haqqında "İzvestiya" qəzetində dərc olunmuş maraqlı məqalədən sonra meydana çıxmışdır.
- Almaniyanın Leypsiq şəhərində hər il çoxlu sayda yarmarka keçirilir, bu səbəbdən şəhər qeyri-rəsmi olaraq Messestadt (azərb. Sərgi şəhəri) adını almışdır.
- SSRİ himnində Stalinin adı olduğu üçün 1956-1977-ci illərdə sözsüz ifa olunurdu.
- Atatürk islahatları dövründə qəbul edilən "Baş örtüyü və geyimin dəyişilməsi qanunu" Türkiyə tarixində "Şapka qanunu" adı ilə qalmışdır.
- Padua Universiteti akademik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşayaraq Bolonya Universitetini tərk edən tələbə və müəllimlər tərəfindən yaradılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Vikipediya məqalələrindən
- Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətinin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
- 35-ci ABŞ prezidenti Con Kennedi 1943-1945-ci illərdə Sakit okean cəbhəsində torpedo qayığının komandiri olmuşdur.
- Varşava gettosundakı yəhudilərin 254 000 min nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür.
- İnsan əlinin baş barmağı bilək-əldarağı oynağı—trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayıran Magellan boğazını ilk keçən avropalı Fernando Magellan olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Vikipediya məqalələrindən
- Andreas Qurskinin çəkdiyi "II Reyn" dünyanın ən bahalı fotoşəkli kimi tarixdə düşmüşdür. Belə ki, həmin əsər 2011-ci ildə Nyu-Yorkun "Kristis" hərrac evində 4,3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
- Şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalenti Sukuk adlanır.
- ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat "Xalqın seçimi" adlanır.
- 1922-ci ildə keçirilmiş Birinci Bakı Yarmarkası əmtəə dövriyəsinin həcminə görə Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tutmuşdur.
- Peru ərazisindəki Çauçilla qəbiristanlığında (şəkildə) şəxsi əşyaları ilə birgə dəfn edilmiş bütün mərhumlar oturmuş vəziyyətdədir.
- ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən Qrin Benk şəhəri Dünyanın ən sakit şəhəri hesab olunur.
- Tikilməsi planlaşdırılan Nikaraqua kanalının sayəsində yüklərin Amerika, Avropa və Asiya arasında su yolu ilə daşınmasına çəkilən xərclər azalacaq.
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Vikipediya məqalələrindən
- Dünyanın ən böyük çay muzeyi Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən Pin-Lin Çay Muzeyidir.
- Otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan docikko termini yapon dilindən tərcümədə "kobud səhv" deməkdir.
- Adam Villarts tərəfindən çəkilmiş "25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası" (şəkildə) rəsm əsərinin mövzusu Səksənillik müharibədir.
- Şimali Amerika ərazisində, Kolorado platformasında, Arizonanın şimalında yerləşən Rəngli səhraya ilk adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
- İordaniya Universiteti ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir.
- Dünyanın 150-dən çox ölkəsində hər ilin 27 sentyabr tarixi Ümumdünya Turizm Günü kimi qeyd edilir.
- "Le Carrefour" qəzeti Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqandır.
bax – müzakirə et – redaktə et – tarixçə