Vikipediya Bilirsinizmi Iyul 2022 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 27. Həftə
Vikipediya məqalələrindən
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Vikipediya məqalələrindən
- 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqmentlər yer alıb.
- "Bürünc altı heykəli"nin (şəkildə) pyedastalı kimi istifadə olunmuş "Şimşək daş" adıyla tanınan nəhəng qaya parçası 1768-ci ildə Fin körfəzindən 6 km (3.7 mil) aralıda yerləşən tarixi Laxta rayonu ərazisində aşkarlanmışdır.
- İkinci dünya müharibəsindən sonra Bakıya səfər edən Şarl de Qoll burada olduğu müddətdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa etmişdir.
- Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Vikipediya məqalələrindən
- Praqa yepiskoplarının köhnə iqamətgahı olan Probst evi (şəkildə) hal-hazırda Çexiya Respublikası Prezidentinin Dəftərxana Aparatına məxsusdur.
- 2011-ci ildə Məryəm Keşavarzın rejissorluğu ilə çəkilmiş Şərait (ing. Circumstance) filmi İranda lezbiyanların qarşılaşdıqları problemlərə həsr edilmiş ilk ekran əsəridir.
- Polyak musiqiçi Frederik Şopen Parisin Per-Laşez qəbiristanlığında dəfn olunsa da, ürəyi Varşavada saxlanılır.
- Ağ evdə Milad ağacı bəzədilməsi ənənəsinin əsası 1961-ci ildə Birinci xanım Jaklin Kennedi tərəfindən qoyulmuşdur.
- Bibliyadan ən çox istinad olunan hissə İohann 3:16-dır: "Çünki Allah dünyanı elə sevdi ki, yeganə oğlunu verdi; bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun."
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Vikipediya məqalələrindən
- İslandiyanın Şimal Qütb dairəsi xəttini keçən yeganə adası olan Qrimsey adasında köpək və pişik saxlamaq qadağan edilmişdir.
- Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açan Yoşioka Yayoy dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına canlı baxmağa icazə vermişdi.
- 1788-ci ildə nəşr olunmuş "İngilis aşbazlıq sənəti" kitabında göbələk ketçupu ilə yanaşı, qoz ketçupunun da resepti göstərilmişdi.
- 2020-ci ildə Qubada açılmış Dağ Yəhudiləri Muzeyi (şəkildə) dünyada dağ yəhudilərinə həsr edilmiş ilk və yeganə muzeydir.
- Çinin Hançjou şəhərində yerləşən Milli Çay Muzeyi çaydan formasında tikilmişdir və yaxınlığında fincan formasında bina da yerləşir.
bax – müzakirə et – redaktə et – tarixçə