Vikipediya Bilirsinizmi Iyul 2024 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 27. Həftə
Vikipediya məqalələrindən:
- Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan "Tik-Tok" (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
- Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı Bakı neftçiləri haqqında bəhs edən "Bakının işıqları" filmində yaradılmışdır.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Axtarış sistemi "Google"-a "What is the loneliest number?" (azərb. Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Hinduizm dinində olan sati ritualına görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Vikipediya məqalələrindən:
- Afrikanın ən məşhur memarlıq abidələrindən biri olan Cənnə Böyük məscidi (şəkildə) qədim şəhər Cənnə ilə yanaşı 1988-ci ildə "UNESCO" tərəfindən Ümumdünya İrsi siyahısına əlavə olunub.
- Bakı Şəhər İcra Hakimiyyətinin binası 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir.
- Fransanın simvolu sayılan Eyfel qülləsinin üzərinə 72 nəfər şəxsin adı yazılmışdır.
- Leonid Brejnev və Georgi Jukov 4 dəfə "Sovet İttifaqı Qəhrəmanı" adı alan yeganə şəxslər olmuşdurlar.
- Nəbi Xəzri dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyini düşündüyündən 1958-ci ildə "Xəzri" təxəllüsünü götürmüşdür.
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Vikipediya məqalələrindən:
- Kamala Harris (şəkildə) ABŞ tarixinin ilk və yeganə qadın vitse-prezidentidir.
- Dünyanın ən yaşlı qarğası olduğuna inanılan qarğa 59 yaşında ölmüşdür.
- Feminizm XIX əsrdə ortaya çıxmışdır.
- "Breaking Bad" dünyanın ən yaxşı seriallarından biri kimi qiymətləndirilmişdir.
- Almaniyanın başlatdığı İkinci Dünya müharibəsində ümumilikdə təxminən 60 milyon insanın öldüyü ehtimal edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
- Yerli inanca görə Smolensk şəhərində yerləşən Maral heykəlinin (şəkildə) tuncdan hazırlanmış cinsi orqanını sığallamaq uğur gətirir.
- Əslən Finlandiyadan olan Marutey Tsurunen Yaponiya parlamentinə seçilmiş ilk Yaponiyadan kənarda doğulmuş Avropa əsilli şəxsdir.
- "YouTube"a yüklənilən ilk video 23 aprel 2005-ci il tarixində "Me at the zoo" adlı 19 saniyəlik video olmuşdur.
- "Tetris" oyununun davamı kimi 1990-cı ildə buraxılmış "Wordtris" oyunu Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan tərəfindən dizayn olunmuş və ilk öncə "Armenica" olaraq adlandırılması təklif olunmuşdur.
- Yaponiyada yengəclərə həsr olunmuş yeganə muzey olan Eçizen Yengəc Muzeyinin binasının mərkəzi günbəzi yengəc qabığı, hər iki tərəfində yerləşən binalar da yengəc ayağı formasında dizayn edilmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 31. Həftə
- Argentinada gölün içərisində yerləşən El-Oxo (şəkildə) adası unikal şəkildə dairəvi formadadır və adanın göl içərisində hərəkəti müxtəlif istiqamətlərə baxan göz bəbəyini xatırladır.
- Fosilləşmiş nəcislərə həsr olunmuş Puzeum muzeyindəki tualetdə oturmuş tirannozavr heykəli Ogüst Rodenin "Düşünən adam" heykəlinə allüziyadır.
- 1972-ci ildə İranda baş vermiş və qarın hündürlüyü 9 metrə qədər yüksələn şiddətli çovğun 4 min nəfərə yaxın şəxsin ölümünə səbəb olmuşdur.
- Rusiya prezidenti Vladimir Putinin ata tərəfdən babası Spiridon Putin Moskvada Vladimir Leninin şəxsi aşpazı kimi işləmiş, bəzi hallarda İosif Stalin üçün yemək bişirmişdir.
- 2017-ci ildə SoloTürk pilotları eniş sürəti 300 kilometr/saat təşkil etməli olan "F-16" təyyarəsini 180 km/saat sürətində uçuraraq "ən yavaş uçuş" rekordunu qırmışdırlar.
bax – müzakirə et – redaktə et – tarixçə