Vikipediya Bilirsinizmi Iyun 2015 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Vikipediya məqalələrindən
- Qədim Azərbaycan rəqslərindən biri olan Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Meşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilmişdir.
- Malayziyanın Kedah ştatında yerləşən və dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri olan Zahir məscidində (şəkildə) hər il Quran hafizlərinin festivalı keçirilir.
- Pasxa adasında kəşf edilən daş üzərindəki yazılmış işarələrdən ibarət sistem Ronqoronqonun Rapanui dilinə aid olması fərz edilir.
- Sankt-Peterburqun mərkəzində yerləşən Rostral sütun XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
- Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur Pyeta heykəli Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə Mikelancelo Buonarotti tərəfindən hazırlanmışdır.
- Praqa yepiskoplarının köhnə iqamətgahı olan Probst evi hal-hazırda Çexiya Respublikası Prezidentinin Dəftərxana Aparatına məxsusdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən
- Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları (şəkildə) hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır.
- 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
- Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
- Dəmir adam komiks personajı komiks ustası Sten Li, ssenarist Lari Liber, rəssam Don Hek və dizayner Cek Kirbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Qorxulu hekayələr"in 39-cu sayında çıxmışdır.
- Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq Volapük danışıq dilinin əlifbası 27 hərfdən ibarətdir.
- İngilis dilində çıxan The Daily Talk divar qəzeti Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında qara lövhə üzərində təbaşirlə yazılır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən
- 2015 Avropa Oyunlarının açılış mərasimində ölkə idmançılarının keçidi zamanı Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevin müxtəlif əsərlərinin texno musiqi üslubunda işlənmiş versiyaları səsləndirilib.
- Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
- Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda çao adlanan ilk vahid kağız pulu yaradıb.
- İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
- Şükran günü milli bayramı Kanadada oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur.
- Qarnı yırtmaqla icra edilən intihar növü Harakirini adətən əsir düşmüş samuraylar icra edirdilər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan Respublikasının Bakı körfəzində yerləşən Bibiheybət məscidi (şəkildə) keçmişdə Fatimə məscidi adlanırdı.
- Azərbaycan idmançısı Hayle İbrahimov 2010-cu il Avropa Atletizm Çempionatında bürünc medal qazanmaqla atletikada Azərbaycanın ilk medalçısı olub.
- Fərhad və Şirin operası 1910-cu ildə Mirzə Cəlal Yusifzadə və Aleksandr Oqenezaşvili tərəfindən Nizami Gəncəvinin Xosrov və Şirin poeması əsasında yazılmışdır.
- Kanadanın şərqində yerləşən Labrador yarımadası öz adını portuqal dənizçi Juan Fernandes Labradorun adından götürmüşdür.
- İPod pleyerinin yaradıcısı kimi məşhurlaşan Livan əsilli amerikalı ixtiraçı Toni Fadel həmçinin "ağıllı" termostatın istehsalçısı olaraq da tanınır.
- Qərbi Avstraliya əyalətinində yerləşən Kalbarri Milli Parkının yaxınlığında Hatt-River virtual dövləti yerləşir.
- İsti tropik və yarımsəhra iqliminə malik Qran-Çako şimaldan cənuba Çako-Boreal, Çako-Sentral və Çako-Austral olmaqla üç yerə bölünür.
bax – müzakirə et – redaktə et – tarixçə