Vikipediya Bilirsinizmi Iyun 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Vikipediya məqalələrindən
- Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiya əsasında yaradılmış Miniatür Kitab Muzeyi (şəkildə bəzi eksponantlar) dünyada ilk özəl miniatür kitab muzeyidir.
- 17 oktyabr 1814-cü ildə Londonda "Meux and Company" pivə zavoduna məxsus bir pivə sisternin partlaması nəticəsində ümumilikdə 1470 m³-dan çox pivə küçələrə dağılmış və bu hadisə tarixə London pivə seli adı ilə düşmüşdür.
- 1998-ci ildə "Azanfilm" studiyasında çəkilmiş "Şopenin qayıdışı" sənədli filmi Yuzef Qoslavskinin tikdiyi binalara həsr olunmuşdur.
- Manqaka Sakae Esuno tərəfindən yazılmış Future Diary manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir.
- Balıq əti və dəniz məhsullarından başqa ət yeməyən insanları bildirmək üçün istifadə olunan pesketarian termini 1990-cı illərdə iki sözün (it. pesce — balıq və ing. vegetarian) birləşməsindən yaranmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən
- XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmiş Divanxananın (şəkildə) mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq fəaliyyət göstərməsi və ya türbə olması hesab edilir.
- 1979-cu ildən bəri hər il Türkiyə Radio Televiziya Qurumu tərəfindən təşkil edilən TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyinə qatılan nümayəndələr öz ölkələrinin xalq oyunlarını, mahnılarını və s. nümunələrlə milli mədəniyyətlərini təqdim edirlər.
- Yapon dənizinin Amur körfəzi sahillərindən başlayaraq, meridian istiqamətdə Çin-Rusiya sərhəddinə qədər uzanan Bəbir Torpağı Milli Parkı Uzaqşərq bəbirlərinin qorunması məqsədi ilə yaradılmışdır.
- Petrovo bələdiyyəsinin, Serbiya Radio və Televiziyasının dəstəyi ilə Petrovoda hər il Ozren dağ silsiləsi üzrə ənənəvi marafon qaçışı təşkil edilir.
- Sofiya şəhərində yerləşən Bolqarıstan Hərb Tarixi Muzeyində hal-hazırda 1 milyondan çox eksponat saxlanılır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən
- 2016 Yay Olimpiya Oyunlarında olimpiadalar tarixində ilk dəfə olaraq üçəmlər - Leyla, Liina və Lili Luik bacıları iştirak edəcək.
- Vyetnamın Foqniya-Kebanq Milli Parkının ərazisində yerləşən Şondonq mağarası (şəkildə) dünyanın ən böyük mağarası hesab edilir.
- Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən Sword Art Online ranobe seriyasında hadisələr yaxın gələcəkdə virtual dünyalarda baş verir.
- Monaş Universiteti Avstraliyada ilk universitetdir ki, şəhərin və ya ştatın adı ilə deyil, insanın şərəfinə adlandırılmışdır.
- Rəvayətə görə folklor personajları Qaragöz və Xacivat işlədikləri məscid inşaatının bitməsinə mane olduqlarına görə Osmanlı sultanı Orxan Qazi tərəfindən edam ediliblər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
- 1962-ci il Karib böhranı ABŞ-ın Türkiyədəki və SSRİ-nin Kubadakı nüvə silahlarını çıxarmağa razılıq verməsi ilə başa çatmışdı.
- İngilis yazıçısı Yan Fleminq 1953-cü ildə yaratdığı Ceyms Bond obrazının adını eyniadlı ingilis ornitoloqunun (şəkildə) adından götürmüşdür.
- Dünyanın ən böyük 10 şirkətinin ümumi bazar dəyəri 3,5 trilyon ABŞ dollarından artıqdır və hamısı ABŞ şirkətləridir.
- Altamira mağarasındakı bəzi rəsmlərin neandertal insanı tərəfindən yaradılmış ola biləcəyi güman edilir.
- Napoleon Bonapartın sevimli atı Marenqo öz adını 1800-cü ildə Şimali İtaliyada baş vermiş Marenqo döyüşünün şərəfinə almışdır.
bax – müzakirə et – redaktə et – tarixçə