Vikipediya Bilirsinizmi Iyun 2021 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 23. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan polyaklarından olan mexanik və mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətlərinə görə Bakıda Polşalı Nobel kimi tanınırdı.
- Behbud Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
- Hyu Qlass (şəkildə) qrizli ayısı tərəfindən hücuma məruz qalmasına baxmayaraq 200 mil (320 km) məsafə qət edərək, sağ qalmağı bacarmışdır.
- XX əsrdə Amerikada kommunistlərə qarşı Qırmızı təhlükə təbliğatı aparılmışdır.
- Edqar Allan Ponun Qələbəliklərin adamı hekayəsi əsas obrazın London küçələrində tanımadığı bir nəfəri təqib etməsindən bəhs edir.
- 1930-cu illərin əfsanəvi mafiya rəhbərlərindən olan Al Kapone bir müddət Kaliforniya ştatının, San Fransisko şəhərində yerləşən Alkatraz həbsxanasında saxlanılmışdır.
- Rus mistik Qriqori Yefimoviç Rasputinin ölümündən sonra evində tapılmış məktublarında sui-qəsd yolu ilə öldürüləcəyini yazmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən
- 1962-ci il Karib böhranı ABŞ-ın Türkiyədəki və SSRİ-nin Kubadakı nüvə silahlarını çıxarmağa razılıq verməsi ilə başa çatmışdı.
- İngilis yazıçısı Yan Fleminq 1953-cü ildə yaratdığı Ceyms Bond obrazının adını eyniadlı ingilis ornitoloqunun (şəkildə) adından götürmüşdür.
- Dünyanın ən böyük 10 şirkətinin ümumi bazar dəyəri 3,5 trilyon ABŞ dollarından artıqdır və hamısı ABŞ şirkətləridir.
- Altamira mağarasındakı bəzi rəsmlərin neandertal insanı tərəfindən yaradılmış ola biləcəyi güman edilir.
- Napoleon Bonapartın sevimli atı Marenqo öz adını 1800-cü ildə Şimali İtaliyada baş vermiş Marenqo döyüşünün şərəfinə almışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən
- Dünyanın ən böyük çay muzeyi Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən Pin-Lin Çay Muzeyidir.
- Otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan docikko termini yapon dilindən tərcümədə "kobud səhv" deməkdir.
- Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
- Vyetnamın Foqniya-Kebanq Milli Parkının ərazisində yerləşən Şondonq mağarası (şəkildə) dünyanın ən böyük mağarası hesab edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Vikipediya məqalələrindən
- Yer kürəsinin üç ən dərin mağarası (şəkildə) Abxaziyada yerləşir.
- Avstraliyada ən böyük iki şəhərin, Sidney və Melburnun hansının paytaxt olması haqqında yekun qərara gələ bilmədikləri üçün, dövlət tərəfindən paytaxt kimi hər iki şəhərdən eyni məsafədə yerləşən Kanberra şəhəri salınmışdır.
- Nepal dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkədir.
- Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley Riyaziyyat İnstitutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
- 1856-cı ildə düzəldilən ilk kompressorlu soyuducu pivələrin sərinləşdirilməsi üçün istifadə edilirdi.
- Nəyin incəsənət adlandırılması cəmiyyətin inkişafı dövründə malik olduğu dəyərləndirmə dərəcəsindən asılıdır.
- Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur.
bax – müzakirə et – redaktə et – tarixçə