Vikipediya Bilirsinizmi Iyun 2023 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 23. Həftə
Vikipediya məqalələrindən Tunis haqqında məlumatlar...
- Tunis bayrağında əks olunmuş Aypara və ulduz rəmzi İslamı tərənnüm etməklə yanaşı ölkənin Osmanlı imperiyasının tərkibində qaldığı dövrü də ehtiva edir. Belə ki, 1574-cü ildə II Səlimin hakimiyyəti zamanı yaradılan eyni adlı əyalət 307 il mövcud olmuş, ölkə 1881-ci ildə Fransa tərəfindən işğal edilmişdir.
- Ulduz müharibələri kinoserialının ilk iki seriyası Ümumdünya İrsi siyahısına daxil olmuş Matmata kəndində çəkilmişdir.
- Tunisin mərkəzi hissəsində yerləşən Əl Dicerid duzlu gölünün nadir xüsusiyyəti ondan ibarətdir ki, duzun rəngi ağ yox, çəhrayı rəngdədir.
- Aralıq dənizi vasitəsilə Tunisdən İtaliyaya olan məsafə 160 km-dən azdır. İtaliyanın Siciliya bölgəsinə bağlı adası Lampedusadan Tunis sahillərinə olan məsafə 113 kilometr (61 dəniz mili) təşkil etməkdədir. Lampedusa adası son zaman Afrikadan Avropaya gəlmək istəyən qanunsuz miqrantların aralıq dənizində batması ilə gündəmə gəlmişdir. Təkcə 2015-ci ildə Tunisdən və Liviyadan yola çıxmış 1.500 nəfərə yaxın miqrant həmin dənizdə batmışdır.
- Tunis mətbəxinin əsas simvolu zeytun yağı və qırmızı bibərdən hazırlanan Harissa adlı ədviyyatlı sosdur. Tunislilər harrisanı desertlər istisna olmaqla, demək olar ki, bütün yeməklərdə istifadə edirlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən Finlandiya haqqında məlumatlar...
- Əslən finlandiyalı olan İvar Lassi 1889-cu ilin 18 noyabr tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində anadan olmuşdur. Fin yazıçı və şərqşünas Azərbaycandakı Məhərrəm ayı adətlərini sistematik şəkildə analiz edərək elmi iş şəklində yayımlamış ilk şəxsdir.
- Sauna fin həyat tərzinin ən önəmli hissələrindən biridir. Saunalar ilk dəfə Finlandiyada yaranıb. Ölkədəki bütün köhnə evlərdə demək olar ki, saunalar mövcuddur. 5.5 milyon əhalisi olan ölkədə 2 milyondan çox saunadan aktiv şəkildə istifadə edilir.
- Qırmızı Ordu tərəfindən Ağ ölüm ləbəqini almış fin snayper Simo Hayha SSRİ–Finlandiya müharibəsi zamanı 505 nəfərə yaxın düşmən əsgərini mosin-Naqant snayper tüfəngi ilə öldürmüşdür.
- Finlandiyanın ən böyük gölü olan Sayma gölündə yaşayan Sayma nerpası dünyada nəsli kəsilməkdə olan suiti populyasiyalarından biridir. Belə ki, Sayma nerpasından cəmisi 320 ədəd qaldığı təxmin edilir.
- Milad bayramında uşaqlara hədiyyələr verən Qərbi Avropa və Şimali Amerikanın folklor personajı Santa-Klaus vətəni Finlandiyanın şimalında yerləşən Laplandiya hesab olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən Argentina haqqında məlumatlar...
- 1982-ci ildə Böyük Britaniya və Argentina arasında baş vermiş Folklend müharibəsi Folklend adaları uğrunda baş vermişdir. Müharibəni və adaya nəzarəti uduzan Argentina 649 nəfər şəxsi heyətini itirmişdir.
- Argentina azərbaycanlılarından olan Vəli bəy Yadigarov 1920-ci ildə Gəncə üsyanıda iştirak etmişdir. 1950-ci illərdə Argentinaya köçmüş Yadigarov 30 ilə yaxın burada yaşamışdır.
- 70-ci illərdə hərbi çevrilişlərlə gündəmə gələn Argentinada 1976-1983-cü illər itkin adamların dövrü olaraq xatırlanır. Bu dövrdə 30 mindən çox ölkə vətəndaşı naməlum şəraitdə itkin düşüb və əsasən hərbi xunta tərəfindən işgəncələrlə qətlə yetirilib. Şahidlərin ifadələrinə görə qurbanlar təyyarələrdən atılıb, ayaqlarına yük bağlanaraq okeanda batırılıb və ya diri-diri basdırılıblar. Qurbanların valideynləri ölkədə Plaza de Mayo anaları olaraq məşhurdurlar. Onlar övladlarının qatillərinin tapılması, cəzalandırılması üçün hər cümə günü Buenos-Ayresin Plaza de Mayo meydanında toplaşaraq mitinq keçirirlər.
- Argentina erməniləri tərəfindən 1962-ci ildə yaradılmış Deportivo Armenio FK iki dəfə ölkənin əsas futbol çempionatı olan Primera Divisiónda çıxış etmək şansı əldə etmişdir. Klub hal-hazırda həvəskar Primera B Metropolitana liqasında çıxış edir və tarixinin ən böyük uğuru 1987–1988-ci il mövsümündə River Plate komandasını səfərdə (3-2) məğlub etməsi hesab olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Vikipediya məqalələrindən Cənubi Koreya haqqında məlumatlar...
- Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti Koreya silahsızlaşdırılmış zonası adlanır.
- Cənubi Koreya intihar hallarına görə dünyada XII yerdədir. Ölkə, İƏİT-ə üzv ölkələr arasında ən yüksək intihar nisbətinə malikdir. Ortalama 26,9 gənc Cənubi Koreyada hər gün ya intihara cəhd edir, ya da özünə xəsarət yetirir.
- Cənubi Koreyada bir adamın adını qırmızı rəngli və ya qırmızı mürəkkəbli qələmlə yazmaq yaxşı qarşılanmır. Belə bir batil inanc varki, əgər yazılarsa, bu həmin insanın başına pis bir hadisə gələcəyinə və ya öləcəyinə işarədir.
- Cənubi Koreyada kişilər üçün hərbi xidmət icbaridir. 21-28 yaş arasındakı ölkə vətəndaşları ən azı 21-24 ay davam edən hərbi xidmətlərə cəlb olunurlar və bundan mümkün yayınma cəhdləri sərt formada cəzalandırılır.
- 4 rəqəmi uğursuzluq simvoludur. Liftlərdə IV mərtəbəni işarə etmək üçün F hərfindən istifadə olunur. Bu inancın geniş yayılmasının əsas səbəblərindən biri "4" rəqəminin tələffüzü "ölüm" sözünün tələffüzü ilə çox oxşar olmasıdır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.
bax – müzakirə et – redaktə et – tarixçə