Vikipediya Bilirsinizmi Iyun 2024 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 23. Həftə
Vikipediya məqalələrindən:
- Frenk Morris (şəkildə) və Con və Klarens Anqlin qardaşları 1962-ci ilin iyununda Alkatraz həbsxanasından qaçdılar. 4 nəfərlik qrupa Alen Vest də daxil idi, lakin yavaş hərəkət etdiyinə görə o, uğursuz olmuşdur. Onların boğulduqlarına inanılsa da, illər boyunca bu istiqamətdə heç bir sübut tapıla bilmədi. Federal Təhqiqatlar Bürosu onların axtarışına dair istinaq işinə 2030-cu ildə, qaçanların yaşının 100-ü keçəcəyi vaxt xitam veriləcəyini bildirmişdir. Qrupun lideri olan Morrisin ölçülən IQ testinə görə 133 IQ ilə ümumi əhalinin ilk 2%-də yer aldığı bildirilmişdir.
- Albert Eynşteyn öldükdən sonra müqəddəsləşdirilməməsi üçün cəsədinin yandırılmasını istəsə də, onun beyni meyityarma zamanı xəstananın o gecə növbətçisi patalojist Tomas Harvey tərəfindən oğurlandı. Harvey beyni elmi araşdırmalar üçün istifadə edəcəyinə söz verdi, beləcə Eynşteynin ailəsi buna razılıq verdi. O, beyini yalnız 53 il sonra geri verdi və 3 il sonra da öldü.
- Çin dili 1 milyarddan artıq insanın ana dili olması ilə danışanların sayına görə, hətta ingilis dilini də qabaqlayaraq dünyada birinciliyini qoruyur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Vikipediya məqalələrindən:
- 25 yaşında taxta çıxan II Elizabet (şəkildə) toplamda 70 il olmaqla ölümünə qədər Britaniyaya monarxlıq etmiş və o, bununla dünyanın ən uzun müddət taxtda qalmış ikinci, Britaniyanın isə birinci monarxı olaraq tarixə düşmüşdür. O, cəmi 2 illə XIV Lüdovikin gerisində qalıb.
- Dünyada indiyədək baş verən ən güclü zəlzələ Valdivia şəhərində baş verən Çilidə qeydə alınmışdır. Belə ki, 33 km dərinliyində olan 9,4–9,6 gücündə zəlzələ 10 dəqiqə çəkmiş və nəticədə 6000-ə qədər insan həlak olmuşdur. Zəlzələnin əhatəsi geniş olmuş və qonşu ölkələrdə də geniş hiss olunmuş və fəlakətlərə yol açmışdır. Zəlzələ torpaq sürüşmələrinə və sunamiyə də yol açmışdır.
- Məşhur "Sən gəlməz oldun" mahnısı 1973-cü ildə Azərbaycan bəstəkarı Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Vikipediya məqalələrindən:
- Dünyanın ən uzun boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşən Türkiyəli Sultan Kösenin (şəkildə) boyunun uzunluğu 2,51 metrdir. Eyni vaxtda o, 27,5 sm ilə dünyadakı ən böyük əllərə və 36,5 sm (60 razmer ayaqqabı) ilə ən böyük ayaqlara da malikdir.
- Cimmi Vels və Larri Senger Vikipediyadan öncə ingilis dili də daxil olmaqla 5 dildə mövcud olan "Nupediya" adlı bir layihə yaratmışdır. 2000-ci ilin mart ayından 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərən layihədə 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Vikipediya bu layihənin əsasında yaradılmışdır.
- "Stokholm sindromu" termininin mənşəyi 1973-cü ildə İsveçrənin paytaxtı Stokholmda baş vermiş bank soyğunundan gəlir. Qarətçilərdən olan Klark Olofsson bankdakı girovlardan olan bir qadına aşiq olmuş və o, bu cinayət hadisəsinə görə 10 il həbs cəzası almış, daha sonra sərbəst buraxılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Vikipediya məqalələrindən:
- ... ömrümüzün 3-də bir hissəsini yataraq keçirdirik.
- ...Deniel Dey-Lüis 6 dəfə "Oskar" mükafatına namizəd olmaqla bu mükafatı 3 dəfə qazana bilən yeganə aktyor olmuşdur. Aktrisa kimi isə, 12 namizədliklə bu mükafatı 4 dəfə Ketrin Hepbern qazanmışdır.
- ...Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı tanımayan yeganə BMT üzvü olmuşdur.
- ...Masonluq (şəkildə masonluğun loqosu təsvir olunub) ilk dəfə XVI əsrin başlarında Şotlandiyada, və ya XVII əsrin ortalarında İngiltərədə ortaya çıxmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə