Vikipediya Bilirsinizmi Mart 2015 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Vikipediya məqalələrindən
- İddiaya görə, Filadelfiya təcrübəsi zamanı ABŞ donanmasına aid mühafizəçi mina gəmisi olan 1240 tonluq "USS Eldridge" (şəkildə) bir neçə dəqiqə içərisində 600 km-dən uzaq məsafəyə gedib-qayıtmışdır.
- Varşava gettosunda saxlanılan yəhudilərin 254 000 min nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür.
- Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
- Baş barmaq bilək-əldarağı oynağı—trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayıran Magellan boğazını keçən ilk avropalı Fernan Magellandır.
- 1864-1870-ci illərdə baş vermiş Paraqvay müharibəsi zamanı Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geridə qalmış ölkəsinə çevrilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Vikipediya məqalələrindən
- Fallo tetradasının yeganə müalicəsi cərrahi yolla mümkündür.
- ABŞ prezidentlərinin ən hündürboylusu 193 sm boyu olan Avraam Linkolndur.
- Qədim yunan filosofu Sokrat ömrü boyu heç bir kitab yazmayıb, öz fikirlərini şifahi şəkildə yayıb.
- Məşhur Time jurnalı Adolf Hitleri 1938-ci ildə ilin adamı seçib, onun şəkli jurnalın üz qabığında verilib.
- 10 oktyabr 680-ci ildə İraqın Kərbəla şəhəri yaxınlığında baş vermiş Kərbəla döyüşündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn qətlə yetirilib.
- Qranada əmirliyinin XXII və son əmiri XII Məhəmməd əbu Abdullah ispanlara qarşı mübarizədə Osmanlı sultanı II Bəyaziddən kömək istəsə də, II Bəyazid qardaşı Cem Sultanla taxt-tac davası apardığına görə ona kömək etməyib.
- 16 dekabr 1773-cü ildə ABŞ-ın Boston şəhərindəki Boston çay qonaqlığı ABŞ inqilabının başlanğıcı sayılır.
- Qafqaz almanları Azərbaycanda Helenendorf, Annenfeld, Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kənd və şəhərlərdə yaşayıblar.
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Vikipediya məqalələrindən
- 1896-cı ildə başlamış Klondayk qızıl hərisliyi 100 min qızılaxtaran macarapərəstin Yukon əyalətinə axın etməsinə səbəb olmuşdur.
- Məlum olmayan dildə və əlifbada yazılmış Voyniç əlyazmasını oxumaq altı əsrə yaxındır ki, mümkün deyil.
- Alyaskanın Sivard şəhəri 1867-ci ildə ərazinin Rusiya imperiyasından satın alınmasında böyük rol oynamış dönəmin xarici işlər naziri Uilyam Sivardın şərəfinə adlandırılmışdır.
- Seriyalı qatil termini ilk dəfə Ted Bandinin məhkəməsində işlədilmişdir. Bandi 36 nəfəri öldürməkdə ittiham olunaraq elektrik stulunda edam edilib.
- "Titanik" gəmisinin qalıqları ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə Atlantik okeanının 4 min metr dərinliyində aşkarlanıb.
- ABŞ-ın Nom şəhərində 1925-ci ildə insanlar arasında anidən difteriya xəstəliyi yayılmağa başlayır. Şəhərə quru nəqliyyatı olmadığından xəstəlik əleyhinə zərdab çatdırılması üçün xizək itlərindən istifadə olunur. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 1085 km məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırırlar. Nom şəhərinə zərdab çatdırılması kimi tarixə düşən hadisə bütün ABŞ-da rezonans yaradır.
- Çilinin 3600 km qərbində Pasxa adasında yerləşən moai daş heykəllərinin kim tərəfindən, nə zaman və hansı məqsədlə yaradıldığı məlum deyil.
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vikipediya məqalələrindən
- 2007-ci ildən bəri 6 Azərbaycan filmi - Qafqaz, Qala, Sahə, Buta, Çölçü və Nabat ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilmişdir və heç biri namizəd ola bilməmişdir.
- Narval Jül Vernin 1870-ci il romanı "20 000 lye su altında"dakı nəhəng dəniz məxluqunun iki mümkün izahından biridir.
- Molla Nəsrəddin jurnalında Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərmişlər.
- German-skandinav mifologiyasına görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji İqqdrasildən (şəkildə) başı aşağı asmışdır.
- Mars və Yupiter planetləri arasında yerləşən bölgə Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi asteroid qurşağıdır.
- İnsan dərisindən hazırlanan kitab cildləmə üsulu - Antropodermik cildləmə XVII—XIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunmuşdur.
- Alkiviad, Femistokl və Kimon ostrakizmə məruz qalan məşhur şəxslərdir.
bax – müzakirə et – redaktə et – tarixçə