Vikipediya Bilirsinizmi Mart 2017 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 10. Həftə
Vikipediya məqalələrindən
- 1935-ci ildə Azərbaycanda istehsal olunmuş "Abbasın bədbəxtliyi" adlı cizgi filmi müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir.
- Polşanın Zalipi kəndinın əhalisi öz evlərini gül çələngi rəsmləri ilə bəzəyiblər.
- Ramiz Kərimov 1977-ci ildə Bakıda neftayırma zavodlarının birində baş verən yanğını söndürərkən həlak olmuş, ölümündən sonra Nizami rayonu ərazisində büstü qoyulmuşdur.
- Şengen zonası əsasən Avropanın 26 ölkəsinə vahid viza ilə və heç bir sərhəd yoxlanışı olmadan səyahət etmək mümkündür. Şengen sözü müqavilənin imzalandığı Lüksemburqun eyni adlı şəhərindən götürülmüşdür.
- Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı Asif Məhərrəmovun təxəllüsü Fred Asif olmuşdur. Bu təxəllüsü ona 1970-ci illərdə yoldaşları Ağdamın Dostluq kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.
- Leon filmində canlandırdığı Benni obrazı ilə tanınan Keyt Qlasko 11 sentyabr terror aktları zamanı yanğınsöndürən kimi xidməti vəzifəsini icra edərkən həlak olub.
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
- 1900-cu ildə çəkilmiş Bakı əhalisinin şəhər bağında gəzintisi filmində indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır.
- Cənubi Qafqazda etnik estonların kompakt yaşadığı yeganə kənd Gürcüstanın Abxaziya bölgəsində yerləşən Psou kəndi olmuşdur.
- Ümumdünya Səhiyyə Təşkilatı 1 dekabr tarixini Ümümdünya QİÇS, 28 iyul tarixini Ümümdünya Hepatit 28 sentyabr tarixini isə Quduzluğa qarşı mübarizə günü elan edib.
- Con Harrison (şəkildə) atası (Uilyam Henri Harrison) və oğlu (Benjamin Harrison) ABŞ prezidenti olmuş yeganə şəxsdir.
- Anabaptist cərəyanlardan biri olan Qutterit təəssübkeşləri fotoşəkil çəkdirməyin günah olduğuna inanırlar.
- Mozambik gerbi üzərində odlu silahın təsvir olunduğu yeganə gerbdir. Gerbin üzərində "Kalaşnikov" avtomatı təsvir olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Vikipediya məqalələrindən
- Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunun Quzeyçirkin kəndində tütünçülük inkişaf etsə də heç kim siqaret çəkməyib.
- Azərbaycanın ən hündür körpüsü Qrız körpüsüdür (şəkildə).
- Planetlərin paradı 179 ildən bir baş verir.
- Çin SSRİ və ABŞ-dan sonra fəzaya insan göndərən üçüncü dövlətdir.
- Avropada ilk kazino 1763-cü ildə Belçikanın Spa şəhərində açılıb.
- Azərbaycanın ən bolsulu şəlaləsi Balakəndəki Katexçay şəlaləsidir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vikipediya məqalələrindən
- Şair Dəvdək yazdığı akrostix elegiyanı Qafqaz Albaniyası hökmdarı Cavanşir Mehraninin ölümünə həsr edib.
- Əntərmeymunlar fəsiləsindən olan kəkilli əntər öz selfisini (şəkildə) çəkmiş və meymun selfisi adlanan bu fotolar Wikimedia Commonsa yerləşdirildikdən sonra heyvanların müəllif hüququna malik olub-olmaması haqqında müzakirələrə səbəb olmuşdur.
- Osmanlı imperiyasında Fateh Sultan Mehmet tərəfindən tətbiq olunan qanunlar toplusu olan Fateh Qanunnaməsi hakimiyyətə gəlmək üçün qardaş qətlini mümkün edir; 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələrin hərəmin Qəfəs deyilən yerində saxlanılması ənənəsini başlatmışdır.
- Rokki 4 filmində Dolf Lundqrenin həyat yoldaşı rolunda oynayan Brigitta Nilsen bu filmdən sonra Arnold Şvartseneggerdən ayrılaraq Silvestr Stallone ilə 13 dekabr 1985-ci ildə ailə həyatı qurmuş və 13 iyul 1987-ci ildə boşanmışdır.
- D-8 İqtisadi Kooperasiya Təşkilatı Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə