Vikipediya Bilirsinizmi Mart 2018 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 10. Həftə
Vikipediya məqalələrindən
- Meksikanın 34-cü prezidenti olmuş Pedro Laskurain tarixdə ən qısa müddət - cəmi 45 dəqiqəlik prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür.
- İrena Sendler Varşava gettosundan 2500-dən çox yəhudi uşağın həyatını xilas etmişdir.
- 2008-ci ildə Şotlandiyada həkimlərə ağ xalatdan istifadə etmək qadağan edilmişdir.
- Dünyada ən böyük Nyuton beşiyinə (şəkildə) Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O, hər biri 6,8 kq olan 16 boulinq şarından ibarətdir.
- Mu qitəsi barədə məlumatlar Atatürkün diqqətini çəkmiş və bu sahədə araşdırma aparmaq üçün xüsusi tarixçi alim qrupu müəyyənləşdirmişdi.
- Azərbaycanın ən hündür körpüsü Qrız körpüsüdür.
- Planetlərin paradı 179 ildən bir baş verir.
- Səthi qorxulu tikanlarla örtülü olan kivanonun dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Vikipediya məqalələrindən
- Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.
- Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda "çao" adlanan ilk vahid kağız pulu yaradıb.
- İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
- Sankt-Peterburqun mərkəzində yerləşən Rostral sütun (şəkildə) XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
- Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur "Pyeta" heykəli Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə Mikelancelo Buonarotti tərəfindən hazırlanmışdır.
- Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Vikipediya məqalələrindən
- İsveçrənin Bern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biri olan Sitqlogge (şəkildə) 1218–20-ci illər arasında inşa edilən zaman, Bernin qərb istehkamlarının darvaza qalası funksiyasını yerinə yetirmişdir.
- Brayan Selznikin Hüqo Kabrenin ixtirası kitabının motivləri əsasında çəkilmiş Hüqo filmi ən yaxşı rejissor işinə görə Qızıl Qlobus mükafatının sahibi olmuşdur.
- Memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmiş De Burun sarayında hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu yerləşir.
- Olimpiya oyunlarının açılış mərasimində təntənəli surətdə söylənilən Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında təqdim olunub.
- Roma-German muzeyi Almaniyanın Köln şəhərində yerləşən paleolit dövründən başlamış erkən orta əsrləri əhatə edən nadir eksponatlarla zəngin arxeoloji muzeydir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, 1923-cü ildə Bakıda özəl balet studiyasının fəaliyyət göstərdiyi məlumdur.
- Yapon dekorativ-təsviri sənətinə aid miniatür netsuke (şəkildə) heykəlcikləri əvvəllər ənənəvi yapon geyimi olan kimono və cibsiz kosode geyimində asma brelok kimi istifadə olunurdu.
- Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş Hermiya və Lisandr rəsm əsəri Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır.
- Taybey şəhərində yerləşən Taybey 101 göydələni Bürc Xəlifə və Əbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yeri tutur.
- Bosniya və Herseqovinada yerləşən Kozara Milli Parkı sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə