Vikipediya Bilirsinizmi Mart 2021 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 10. Həftə
Vikipediya məqalələrindən
- İddiaya görə, Filadelfiya təcrübəsi zamanı ABŞ donanmasına aid mühafizəçi mina gəmisi olan 1240 tonluq "USS Eldridge" (şəkildə) bir neçə dəqiqə içərisində 600 km-dən uzaq məsafəyə gedib-qayıtmışdır.
- Varşava gettosunda saxlanılan yəhudilərin 254 000 min nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür.
- Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
- Baş barmaq bilək-əldarağı oynağı—trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayıran Magellan boğazını keçən ilk avropalı Fernan Magellandır.
- 1864-1870-ci illərdə baş vermiş Paraqvay müharibəsi zamanı Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geridə qalmış ölkəsinə çevrilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan tar ifaçılıq sənəti və tarın hazırlanma ustalığı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
- Malayziyanın Selanqor ştatında yerləşən Sultan Səlahuddin Əbdül Əziz məscidi (şəkildə) minarələrinin hündürlüyünə görə Mərakeşin Kasablanka şəhərində yerləşən İkinci Həsən məscidindən sonra dünyada ikinci yeri tutur.
- Çində Yanszı çayının üzərində yerləşən Üç dərə SES dünyada gücünə görə birinci su elektrik stansiyasıdır.
- Kompüter elmləri üzrə görkəmli alimlərdən biri Marvin Minski 1959-cu ildə Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda ilk süni intellekt laboratoriyasının əsasını qoyub.
- Yapon çay mərasiminin keçirildiyi çaşitsuların tikilməsində istifadə edilən memarlıq stili "sukiya" adlanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Vikipediya məqalələrindən
- XIII əsrdə yaşamış katalan trubadur Serveri de Jirona ən məhsuldar trubadur hesab olunur.
- Axtarış sistemi "Google" "What is the loneliest number?" (azərb. "Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Dəniz dibinin soyuq suyunun sürətlə suyun səthinə qalxması ilə müşayiət olunan El-Ninyo hadisəsi Peru sahillərində yerləşən Grau dənizində baş verir.
- Memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad kolonnadadır.
- İtaliyanın Kampaniya regionunun Neapol əyalətində yerləşən Mavi mağara Kapri adasının əsas simvolu sayılır.
- Bəbir çinlilərdə hünər və qəddar döyüşkən obrazı daşıdığı halda, xristianlarda şeytanı, cinayəti, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vikipediya məqalələrindən
- Kürü diplomatiyası termini ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub.
- Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi "Dschinghis Khan" mahnısı müsabiqədə 19 iştirakçı arasında 4-cü yeri tutub.
- Brno — Çex Respublikasının ikinci böyük şəhəridir.
- 1961-cı ildə Bakının baş arxitektoru Əliş Ləmbəranski Nərgiz Xəlilovanın (şəkildə) şərəfinə Bakının Fəvvarələr meydanında "Nərgiz" kafesini tikmişdir.
- İordaniyanın əksər hissəsi səhradır.
bax – müzakirə et – redaktə et – tarixçə