Vikipediya Bilirsinizmi Mart 2022 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 10. Həftə
Vikipediya məqalələrindən
- İddiaya görə, Filadelfiya təcrübəsi zamanı ABŞ donanmasına aid mühafizəçi mina gəmisi olan 1240 tonluq "USS Eldridge" (şəkildə) bir neçə dəqiqə içərisində 600 km-dən uzaq məsafəyə gedib-qayıtmışdır.
- Varşava gettosunda saxlanılan yəhudilərin 254 000 min nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür.
- Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
- Baş barmaq bilək-əldarağı oynağı—trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir.
- Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
- Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayıran Magellan boğazını keçən ilk avropalı Fernan Magellandır.
- 1864-1870-ci illərdə baş vermiş Paraqvay müharibəsi zamanı Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geridə qalmış ölkəsinə çevrilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Vikipediya məqalələrindən
- Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.
- Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda "çao" adlanan ilk vahid kağız pulu yaradıb.
- İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
- Sankt-Peterburqun mərkəzində yerləşən Rostral sütun (şəkildə) XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
- Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur "Pyeta" heykəli Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə Mikelancelo Buonarotti tərəfindən hazırlanmışdır.
- Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Vikipediya məqalələrindən
- 1994-cü ildə keçirilmiş Barbados–Qrenada futbol oyununda komandalar qrupdan çıxmaq üçün öz qapılarına qol vurmağa çalışmışdılar.
- Torpaqdan və sudan istifadə edib bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənəti dorodanqo (şəkildə) adlanır.
- 2007-ci ildə Rusiyanın Sibir federal dairəsinin Omsk vilayətinə narıncı qar yağmışdır.
- UNO-larla birlikdə Aya və digər planletlərə uçduğu bildirən ufoloq Corc Adamski XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır.
- Kvadrat qarpızlar ilk dəfə 1978-ci ildə Yaponiyanın Kaqava prefekturasının Zentsuci şəhərinin fermerləri tərəfindən onların soyuducuya rahat yerləşməsi üçün istehsal edilib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vikipediya məqalələrindən
- Bakıda tarixi memarlıq abidələri ilə zəngin Sovetski (şəkildə) adlı məhəllə var.
- 1995-ci il Bakı metrosu yanğını "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
- Kral tiraniyasının rəmzi kimi tanınan Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur.
bax – müzakirə et – redaktə et – tarixçə