Vikipediya Bilirsinizmi Mart 2024 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 10. Həftə
Vikipediya məqalələrindən
- 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuş Yaponiya yazıçısı Rie Kudan (şəkildə) romanın 5%-lik hissəsini süni intellektin köməyi ilə yazdığını bildirmişdir.
- 1967-ci ildə Altıgünlük müharibə zamanı İsrail Fələstin bayrağından istifadəyə qadağa qoyduğu üçün qarpız fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvola çevrilmişdir.
- Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunan Seyci Ozava 1973–2002-ci illərdə Boston Simfonik Orkestrının dirijorluğunu etmiş və orkestr tarixində ən uzunmüddətli dirijor olmuşdur.
- Azərbaycanda yerləşən ilk və yeganə neon muzeyi olan Neon Sənət Muzeyi yaradılarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur.
- Hindistanın Uttar-Pradeş ştatından olan aktivist Lal Bihari 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Vikipediya məqalələrindən
- Yunanıstanın Kefaliniya adasında yerləşən Droqarati mağarası (şəkildə) xüsusi akustikasına görə bəzən konsertlər üçün istifadə olunur.
- Yaponiyanın Fukuşima şəhərində yerləşən Senqanmori dağı piramida formasında olduğu üçün yadplanetlilər tərəfindən tikilmiş antik piramida olduğu və dağın altında yadplanetlilərin bazası yerləşdiyi iddia olunur.
- 1993-cü ilin iyulunda Azərbaycan Milli İncəsənət Muzeyində baş vermiş oğurluq hadisəsi nəticəsində Albrext Dürerin "Qadın hamamı" əsəri daxil olmaqla 304 əşya oğurlanmışdır.
- 1863–1864-cü illərdə yaradılmış Bakı Erməni Xeyriyyə Cəmiyyəti Qafqazda ilk xeyriyyə təşkilatı olmaqla yanaşı, 1870-ci ildə Bakıdakı ilk kitabxana və nəşriyyat evinin əsasını qoymuşdur.
- Yaponiyanın Kioto prefekturasının Yavata şəhərində yerləşən Hiko məbədi aviasiya qəzası qurbanlarına həsr olunmuşdur və "Yaponiya aviasiyasının atası" hesab olunan Çuhaçi Ninomiya tərəfindən 1915-ci ildə yaradılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Vikipediya məqalələrindən
- "Yaponiya raketçiliyinin atası" hesab olunan Hideo İtokava (şəkildə) 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini hazırladığı üçün "Doktor Raket" ləqəbini qazanmışdır.
- 2014-cü ildə əsası qoyulmuş San-Marino məbədi Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.
- Cənubi afrikalı Sandra Leynq ağdərili ailədə doğulmasına baxmayaraq, 1966-cı ildə karandaş testini keçə bilmədiyi üçün CAR hökuməti tərəfindən doğum irqi ağdan rəngliyə dəyişdirilmişdir.
- Finlandiyanın "Hanoi Rocks" qrupunun adı Hanoyda hazırlanan "Hanoy qayası" adlı çəhrayı rəngli heroin növündən götürülmüşdür.
- Tokio şəhərində yerləşən Nişirokuqo parkındakı heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı kimi tanınır və parkın girişində şinlərdən hazırlanmış Qodzilla heykəli yerləşir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Vikipediya məqalələrindən
- Şotland mühəndis Riçard Henri Branton (şəkildə) 1868–1876-cı illərdə Yaponiyadakı ilk müasir mayakları tikdirdiyi üçün "Yaponiya mayaklarının atası" kimi, tikdirdiyi mayaklar isə "Brantonun uşaqları" kimi tanınır.
- Bakı şəhərində yerləşən Şanxay qəsəbəsi öz adını Hacı Salman adlı yerli sakinin Çinin Şanxay şəhərinə səyahət etməsi səbəbilə almışdır.
- İslandiyanın buzlaq statusunu itirmiş ilk buzlağı, 2014-cü ildə "ölü buzlaq" elan olunmuş Okyyokyudl haqqında 2018-ci ildə "Ok deyil" adlı sənədli film çəkilmişdir.
- Yerli əfsanələrdə Nuh peyğəmbərin Naxçıvanda duz mədənində ilk çalışanlardan biri olduğu və şəhər əhalisinə duz çıxartmağı öyrətdiyi qeyd olunduğu üçün Naxçıvan Duz Muzeyinin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdur.
- Volapük dili ilə tanış olmuş ilk yapon şəxs və Yaponiyanın ilk esperantoçusu hesab olunan Oka Asaciro həmin dillərdən təsirlənərək öz süni dilini – zilenqo dilini yaratmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə