Vikipediya Bilirsinizmi May 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Vikipediya məqalələrindən
- Bir cənub şəhərində filmi yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır və ssenaristin Azərbaycan kinosunda ilk işidir.
- Banqladeşin ilk prezidenti olmuş Mucibur Rəhman (şəkildə) Bangabandhu (benq. বঙ্গবন্ধু - Banqladeş xalqının dostu) adına layiq görülmüşdür.
- Yalla qrupunun yaradıcısı Fərrux Zakirov 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.
- Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmiş Bəstəkar Qara Qarayevin portreti Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır.
- Praqa yepiskoplarının köhnə iqamətgahı olan Probst evi hal-hazırda Çexiya Respublikası Prezidentinin Dəftərxana Aparatına məxsusdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Vikipediya məqalələrindən
- Memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmiş De Burun sarayında hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu yerləşir.
- Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş bombardmançı və raket daşıyıcı Tupolev Tu-95 təyyarəsi (şəkildə) bütün zamanların ən sürətli və güclü təyyarələrindən biri hesab olunur.
- Malayziyada Kuala-Trenqanu şəhərində yerləşən Büllur məscid informasiya texnologiyaları infrastrukturunun yaradılması və WiFi əlaqəsinin quraşdırılmasına görə ölkənin birinci "intellektual" məscidi adlanır.
- Mexaniki emal üsulu olan yayma üsulunun tətbiqinin əsas məqsədləri həm pəstahın profilini dəyişmək, həm də səthin dəqiqliyini, təmizliyini və bərkliyini artırmaqdır.
- SSRİ tərəfindən Qara dənizdə istifadə edilən Ş-213 sualtı qayığı 1942-ci ildə dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır.
- Yaponiyanın Hiroşima prefekturasında, İsukusima adasında yerləşən sintoist İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Vikipediya məqalələrindən
- Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel olan Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
- Ölü dilə çevrilmək üzrə olan Yurakare dilində 2004-cü ilin məlumatına görə təxminən 2700 nəfər danışır.
- Yunanıstanın şərq sahillərində yerləşən Alonisos Dəniz Milli Parkı 16 may 1992-ci ildə adi monax suitisinin qorunması məqsədi ilə yaradılmışdır.
- "Minskli sərçə" ləqəbi ilə tanınan keçmiş Belaruslu gimnast Olqa Korbut Yay Olimpiya Oyunlarında dörd qızıl və iki gümüş medal qazanıb.
- Alban yazıçısı olan Musine Kokalari (şəkildə) Albaniyada kitabı çap edilən ilk qadın yazardır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Vikipediya məqalələrindən
- "Evləri göydələn yar" filmi "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir.
- Bakı şəhəri, H.Z.Tağıyev küçəsi 4 ünvanında yerləşən Hacı Zeynalabdin Tağıyevin sarayında (şəkildə) hazırda Azərbaycan Tarix Muzeyinin binası yerləşir.
- Qədim Rusiya xalq idman növü olan qorodki oyununda əsas məqsəd qorod adlı zonada yerləşən keqlləri qabaqcadan müəyyənləşdirilmiş məsafədən toxmaqla aşırmaqdır.
- Malayziyanın Kedah ştatında yerləşən və dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri olan Zahir məscidində hər il Quran hafizlərinin festivalı keçirilir.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Vikipediya məqalələrindən
- Praqa şəhərində yerləşən və dekonstruktivizm üslubunda olan Rəqs edən ev Amerika aviasiyasının Praqanı bombalayan zaman dağılan binanın yerində tikilib.
- Albaniyanın cənub-qərbində yerləşən Lloqara Milli Parkında hər il beynəlxalq paraplan yarışları keçirilir.
- Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı qayalarda çəkilmiş Gəmiqaya petroqliflərinin (şəkildə) tədqiq olunması barədə Naxçıvan MR Ali Məclisi 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir.
- Yapon romanlarının bir növü olan ranobe adətən 100 səhifədən və 40.000–50.000 sözdən ibarət olur.
- 1964-cü ildə Çexiyanın ən böyük və dərin gölü olan Qara gölün ətrafında Nasist Almaniyasına məxsus mühüm sənədlər tapılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə