Vikipediya Bilirsinizmi May 2017 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 18. Həftə
Vikipediya məqalələrindən
- Bakı metropoliteni 1967-ci ildə Ginnesin Rekordlar Kitabına Şərqdə ilk metro kimi düşüb.
- The Beatles qrupunun yaradıcılarından olan Con Lennon 1980-ci ilin 8 dekabr tarixində Nyu Yorkda yerləşən səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən qətlə yetirilib.
- Əli və Nino kitabı ilk dəfə 1937-ci ildə Vyana şəhərində alman dilində nəşr edilib. Kitab bu günə qədər 33 müxtəlif dilə tərcümə edilmişdir.
- İvan Kojedub (şəkildə) 3 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə ukraynalıdır.
- Beynəlxalq Heyvanları Mühafizə Fondu ilk dəfə Müqəddəs Lavrentiya körfəzində Qrenlandiya suitisisinin və tüklüburun suitinin qanunsuz ovlanmasına etiraz olaraq yaradılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Vikipediya məqalələrindən
- Cavanşirin heykəlinin başındakı tacda albanların etiqad etdikləri Selena (Ay) təsvir edilib.
- Macar əsilli Osmanlı tarixçisi İbrahim Peçevi öz əsərlərində qərb müəlliflərinə istinad edən ilk şərq tarixçisi kimi tanınır.
- Qriqori Yefimoviç Rasputin Rusiya çarı II Nikolay və həyat yoldaşı Aleksandra Fyodorovnanın hemofiliya xəstəliyindən əziyyət çəkən oğulları Aleksey Nikolayeviç Romanovu möcüzəvi şəkildə sağaltdıqdan sonra məşhurlaşmışdır.
- Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq olan Tısbağa (şəkildə) ilk dəfə ABŞ ordusu tərəfindən İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur.
- XV əsrdə meydana gəlmiş Uçan Hollandiyalı əfsanəsinə görə okeanlarda üzməyə duçar edilmiş yelkənli qayıq dolaşır və həmin qayığı görən dənizçiləri mütləq bədbəxtçilik və ölüm gözləyir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Vikipediya məqalələrindən
- Hinduizm dinində olan Sati ritualına (şəkildə) görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
- Səfəvilər dövlətinin II şahı və Şah İsmayılın oğlu I Təhmasibin ikinci xanımı Sultan Ağa xanım əslən çərkəz olmuşdur.
- Find a Grave saytı məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası hesab olunur.
- Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan Qlaukoma xəstəliyinin daşıyıcılarının sayı 45 milyon nəfərdən çoxdur.
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən olan Abbas Atamalıbəyov 1948-1966-cı illərdə Türkiyənin Çilidəki səfirliyində katib vəzifəsində çalışıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Vikipediya məqalələrindən
- Yuri Andropova məktub yazması ilə məşhurlaşan Samanta Smit (şəkildə) 1983-cü ildə bütün SSRİ-də tanınan Artek düşərgəsini ziyarət etmişdir.
- I Şah Abbasın zamanında Səfəvi ordusu portuqalları Cərun limanından qovub çıxardıqdan sonra həmin yer Şah Abbasın şərəfinə Bəndər-Abbas adlandırılmışdır.
- B. e.-nın I əsrinin birinci yarısında Hindistanda hazırlanmış bu heykəlciyin Pompeyə gəlib çıxması b. e.-nın 79-cu ilinədək baş verib, həmin tarixdə isə Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər lava axını və vulkan külünün altında qalmışdır.
- Fin snayper Simo Hayha SSRİ-Fin müharibəsi dövründə 505 sovet əsgərini öldürməklə, bir müharibədə ən çox düşmən əsgərini öldürən snayper kimi tarixə keçmişdir.
- ATƏT-in Minsk qrupunun ilk həmsədrləri Finlandiya və Rusiya olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Vikipediya məqalələrindən
- Slovakiya Milli Bankının binası Bratislavanın ən hündür binasıdır.
- Polyak zabit Slavomir Raviç ölkənin Alman-Sovet qoşunları tərəfindən işğalından sonra NKVD tərəfindən həbs edilərək Sibirə göndərilmişdir. Raviç 1941-ci ildə 6 nəfərlə birlikdə Sibirin QULAQ düşərgəsindən qaçaraq piyada 6.500 km məsafəni qət etməyi bacarmışdır.
- İngilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklər kitabı”nda yaratdığı uydurulmuş Bandar-loq xalqının adı hindi dilindən tərcümədə “meymun xalqı” mənasını verir.
- 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş "La-Sota vağzalına qatarın gəlməsi" (şəkildə) filmi cəmi 50 saniyə davam edir.
- Varşava gettosunda saxlanılan 400 minə yaxın yəhudi, Varşava şəhər əhalisinin 38% təşkil edirdi. Sonrakı dövrdə həmin insanların 56 min nəfəri Varşava gettosu üsyanı zamanı, 7 min nəfəri isə Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşür.
bax – müzakirə et – redaktə et – tarixçə