Vikipediya Bilirsinizmi May 2021 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 19. Həftə
Vikipediya məqalələrindən
- VLC media player proqramının loqosunda (şəkildə) yol konusunun olmasının səbəbi proqramı yaradan tələbələrin yol konusu kolleksiyasına malik olmaları idi.
- ABŞ prezidenti Con Kennedinin ölümündən sonra beyni çıxarılmış, Milli Arxivdə saxlandıqdan bir müddət sonra yoxa çıxmış və bir daha tapılmamışdır.
- Aktyor Tom Kruz üç həyat yoldaşından boşananda onların üçünün də həmin an 33 yaşları var idi.
- Yunan dilində "fileo" və "adelfos" sözləri "sevgi" və "qardaş" demək olduğu üçün ABŞ-ın Filadelfiya şəhəri "Qardaşlıq sevgisi şəhəri" ləqəbi ilə tanınır.
- 1978-ci ildə həyat yoldaşının xəstəxanaya qaldırılmasından sonra riyaziyyatçı Kurt Hödel başqası tərəfindən hazırlanan yeməkləri yeməkdən imtina etmiş və aclıqdan ölmüşdür.
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Vikipediya məqalələrindən
- Hinduizm dinində olan Sati ritualına (şəkildə) görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
- Səfəvilər dövlətinin II şahı və Şah İsmayılın oğlu I Təhmasibin ikinci xanımı Sultan Ağa xanım əslən çərkəz olmuşdur.
- Find a Grave saytı məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası hesab olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Vikipediya məqalələrindən
- Adolf Hitler "Mənim mübarizəm"də adı çəkilən yeganə amerikalı olan Henri Fordun böyük fanatı olduğunu bildirmişdir.
- "Narniya xronikaları"nın müəllifi Klayv Steyplz Lyuis "Narniya" sözünü balaca ikən aldığı atlasda tələffüzünü bəyəndiyi və adının altından xətt çəkdiyi İtaliyanın Narni şəhərindən götürmüşdür.
- Yaponiyada insanların tənha şəkildə evlərində ölmələri və cəsədlərinin uzun müddət kəşf olunmamış qalması fenomeninə kodokuşi deyilir.
- Mark Okrand tərəfindən "Ulduz yolu" franşizi üçün yaradılmış süni dil olan Klinqon dilində 250.000 söz olsa da, "salam" sözünə uyğun söz yoxdur.
- Kamçatka yarımadasının ən əhəmiyyətli vulkanı olan Kronotski vulkanı (şəkildə) simmetrik konus formasına görə Fuci dağı və Mayon vulkanı ilə müqayisə olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
- Daşkənd Televiziya Qülləsi 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi ünvanını daşımışıdır.
- XVI əsrdə yaradılmış Belarus ərəb əlifbasından litva tatarları tərəfindən istifadə olunurdu. Onlar Böyük Litva knyazlığının hissəsi olan Belarus ərazisində yaşayırdılar.
- Şimali Afrika uğrunda gedən döyuşlərdə Üçüncü Reyx ordusuna rəhbərlik etmiş Ervin Rommel daha çox səhra tülküsü təxəllüsü ilə tanınmışdır.
- Müəyyən vaxt ərzində üfüq düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası İnsolyasiya adlanır.
- Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi (şəkildə) tablosu I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmişdir.
bax – müzakirə et – redaktə et – tarixçə