Vikipediya Bilirsinizmi May 2022 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 19. Həftə
Vikipediya məqalələrindən
- Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan Tik-Tok (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
- Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
- Pakistanın musiqi qrupu Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış Dil Dil Pakistan mahnısı ölkənin qeyri-rəsmi himni kimi qiymətləndirilir.
- Hal-hazırda 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunan stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncər deməkdir.
- Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Vikipediya məqalələrindən
- Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel olan Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
- Ölü dilə çevrilmək üzrə olan Yurakare dilində 2004-cü ilin məlumatına görə təxminən 2700 nəfər danışır.
- Alban yazıçısı olan Musine Kokalari (şəkildə) Albaniyada kitabı çap edilən ilk qadın yazardır.
- Tempera rəssamlıq texnikası ənənəvi olaraq, yumurta, yapışqan, su, bal və müxtəlif bitki yapışqanları kimi vasitələr və ya boyalara əllə narın hala salınmış tozvari piqmentlərlərin əlavə olunması ilə yaradılır.
- Aleksandr sütununu bəzən Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar.
- Praqa qəsrində yerləşən barokko üslublu Lobkovitz sarayı şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Vikipediya məqalələrindən
- Aktyor Conni Depp "Karib dənizinin quldurları" seriyasında Cek Sərçə obrazını canlandırarkən 1740-cı illərə aid orijinal qılınclardan və 1760-cı illərə aid orijinal tapançalardan istifadə etmişdi.
- 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olan Polşa atleti Stanislava Valaseviç 1980-ci ildə öləndə hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur.
- Şahmat üzrə dünya çempionu Xose Raul Kapablanka 1922-ci ildə Klivlend şəhərində eyni anda 103 rəqibə qarşı oynamış, 102-nə qalib gəlmiş və 1-i ilə heç heçə oynamışdı.
- Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində təhlükəli ağ ayıları saxlamaq üçün dustaqxana fəaliyyət göstərir.
- Bolqarıstanda yerləşən Proxodna mağarası "Tanrının gözləri" (şəkildə) adlı bərabərölçülü iki dəliyi ilə məşhurdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Vikipediya məqalələrindən
- Praqa şəhərində yerləşən və dekonstruktivizm üslubunda olan Rəqs edən ev Amerika aviasiyasının Praqanı bombalayan zaman dağılan binanın yerində tikilib.
- Albaniyanın cənub-qərbində yerləşən Lloqara Milli Parkında hər il beynəlxalq paraplan yarışları keçirilir.
- Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı qayalarda çəkilmiş Gəmiqaya petroqliflərinin (şəkildə) tədqiq olunması barədə Naxçıvan MR Ali Məclisi 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir.
- Yapon romanlarının bir növü olan ranobe adətən 100 səhifədən və 40.000–50.000 sözdən ibarət olur.
- 1964-cü ildə Çexiyanın ən böyük və dərin gölü olan Qara gölün ətrafında Nasist Almaniyasına məxsus mühüm sənədlər tapılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə