Vikipediya Bilirsinizmi May 2023 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 18. Həftə
Vikipediya məqalələrindən Kanada haqqında məlumatlar...
- 1947-ci ildə Yukon əyalətində qeydə alınmış (-63 dərəcə) istilik, marsın səthindən daha soyuq olmuşdur. Qış aylarında ortalama istilik -25 dərəcədir.
- 1859-cu ildə Yelizavetpol qəzasının Slavyanka kəndində anadan olmuş, Duxobor təriqətinin dini liderlərindən olan Peter Verigin 1924-cü ildə Kanada Sakit Okean Dəmir Yollarında səyahət edərkən bomba partlaması nəticəsində həlak olmuşdur.
- Kanada, Venesuela və Səudiyyə Ərəbistanıdan sonra dünyanın ən böyük üçüncü neft ehtiyatına sahib ölkəsidir.
- Kanadanın Alberta əyalətində yerləşən Dinozavr Əyalət Parkı UNESCO-nun Dünya İrsisına daxil edilib. Dünyanın ən böyük dinozavr qəbiristanlıqlarından biri kimi tanınan ərazidə 75 milyon il əvvələ aid balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, ibtidai məməlilər və dinozavrlar da daxil olmaqla, tarixdən əvvəlki həyat fosilləri aşkarlanmışdır.
- Kanadanın Manitoba əyalətinin Çörçill şəhərində ağ ayıları üçün həbsxana mövcuddur. Əvvəllər təyyarə anqarı olmuş tikili oktyabr və noyabr aylarında şəhərdən keçərkən evlərə soxulan və yemək oğurlayan ağ ayılar üçün həbsxanaya çevrilib. Ayıların sayı qış miqrasiyası dövründə iki dəfə artır və bu da şəhər əhalisinin qış aylarında kəskin azalmasına səbəb olur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
- Amerika qitəsində ilk universitet 1551-ci ildə Meksikada qurulmuşdur. İndiki adı Meksika Milli Muxtar Universiteti olan ali məktəbdə həmin illərdə tibb, hüquq, teologiya və incəsənət kimi dərslər verilirdi. Həmin universitetin riyaziyyat bölümünün professorlarından biri də, azərbaycanlı Natiq Atakişiyevdir.
- Mexiko şəhəri qədim astek şəhəri olan Tenoçtitlan şəhərinin üzərində qurulub və genişlənmişdir. Öz növbəsində Tenoçtitlanda eyni adlı və göl kənarında yerləşmiş digər bir qədim şəhərin ümumi planı üzərinə qurulmuşdu ki, bu da şəhərin yavaş yavaş batmağına səbəb olurdu.
- Meksikanın 34-cü prezidenti olmuş Pedro Laskurain tarixə ən qısa müddət prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Müxtəlif mənbələrdə prezidentlik müddətinin 15–56 dəqiqə arasında davam etdiyi göstərilir.
- 1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, əslən Qazax rayonundan olan alim, biologiya elmləri doktoru və professor Fikrət Abdullayev Meksikada Eksperimental onkologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışmış 2000-ci ildən etibarən isə Meksika Elmlər Akademiyasının akademiki seçilmişdir.
- 2012-ci ilin 2 fevral tarixində Meksika Senatı Xocalı soyqırımının rəsmən tanınması ilə bağlı qərar qəbul edib. Həmin ilin avqust ayında isə ölkə paytaxtı Mexiko şəhərindəki Tlakskoake–Xocalı meydanında soyqırımla bağlı abidə yerləşdirilib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Vikipediya məqalələrindən Uqanda haqqında məlumatlar...
- Uqanda Konqo və Ruanda ilə birlikdə dağ qorillalarının hələ də vəhşi təbiətdə yaşadığı dünyada üç ölkədən biridir.
- 1971-1979-cu illərdə Uqandanı idarə etmiş İdi Aminin hakimiyyəti zamanı 500 minə yaxın insan həlak olmuşdur. Amin, daha çox kannibalizm iddiaları ilə məşhurluq qazanmışdır.
- 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatı nəticəsində 102 nəfər xilas edilmişdir.
- Afrikanın ən böyük gölü, dünyada isə ikinci ən böyük şirin su hövzəsi olmaq xüsusiyyətini özündə daşıyan Viktoriya gölü Tanzaniya, Keniya və Uqandanın ərazilərinə düşməkdədir.
- 1903-cü ildə Böyük Britaniyada müstəmləkələrlə bağlı məsələlərlə məşğul olan dövlət xadimi Yozef Çemberlin tərəfindən Uqanda planı adlı lahiyə irəli sürülür. Plana əsasən Rusiya imperiyası və Avropada yaşayan yəhudilər indiki Keniya ərazisində yerləşən Mau platasında xüsusi olaraq ayrılmış 13.000 km² əraziyə köçürülməli və onlara burada dövlət yaradılmalı idi.
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Vikipediya məqalələrindən Çili haqqında məlumatlar...
- Çilinin 3.600 km qərbində yerləşən və ölkəyə məxsus olan Pasxa adasındakı Moai daş heykəllərinin hündürlüyü 20 metrəyə çatır. Heykəllərin kim tərəfindən, nə zaman və hansı məqsədlərlə hazırlandığı hələ də naməlum olaraq qalmaqdadır.
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri olan Abbas Atamalıbəyov 1948-ci ildə Santyaqo şəhərinə köçmüş, 1966-cı ilə qədər Türkiyə səfirliyində katib vəzifəsində çalışmışdır.
- Çilidə yer kürəsinin ən yüksək dağ göllərindən biri olan Çunqara gölü yerləşir. Dəniz səviyyəsindən onun hamar səthinə qədər olan məsafə — 4570 metr təşkil etməkdədir. Gölün özündə və sahillərində 130-dan çox heyvan və bitki növü yaşamaqdadır.
- Dünyada seçkilər vasitəsi ilə hakimiyyətə qəlmiş ilk marksist prezident olan Salvador Alyende 1974-cü ildə hərbçi Auqusto Pinoçet tərəfindən hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılmışdır. Hərbi çevriliş nəticəsində 4 min nəfər edam edilmiş, minlərlə şəxs işgəncələrə məruz qalmış və bir milyona yaxın ölkə vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
- Çilidə 105.000 km² ərazini əhatə edən Atakama səhrası yer kürəsinin ən quraq yerlərindən biridir. Burada 400 il ərzində əhəmiyyətli yağıntılar düşməyib. Alimlər müəyyən ediblər ki, təxminən 120.000 il əvvəl Atakamadan çaylar keçib, lakin sonralar quruyub və bu da ərazinin səhralaşmasına gətirib çıxarıb. Məşhur inancın əksinə olaraq, səhra tamamilə Çiliyə aid deyil. Onun bir hissəsi Perudadır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Vikipediya məqalələrindən Yaponiya haqqında məlumatlar...
- Fransada fəaliyyət göstərmiş nüvə fiziki Toşiko Yuasa Yaponiyanın ilk qadın fiziki hesab olunduğu üçün "Yaponiyanın Mariya Kürisi" adlandırılır.
- Yaponiyada geniş istifadə olunan məktəbli çantası növü olan randoseru XIX əsrdə Niderlandda istifadə olunmuş hərbi çantalar əsasında yaradılmışdır.
- Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən və dünyanın ən böyük meduzariumu olan Kamo Akvariumu 2012-ci ildə dünyanın ən zəngin meduza kolleksiyasına malik yer kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
- Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsini populyarlaşdırmış missioner Nikolas Makleod on illərlə "əsl israilliləri axtarmaqla" məşğul olmuş, nəzəriyyəsinin doğruluğuna sübut kimi İmperator Cimmu ilə Musa arasında bənzərlikləri, bəzi yaponlarda yəhudilərə xas üz cizgilərinin olmasını və şintoizmlə iudaizm arasındakı oxşarlıqları göstərmişdir.
- Edo dövrünün Yaponiyasında müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər, buna görə də noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu.
bax – müzakirə et – redaktə et – tarixçə