Vikipediya Bilirsinizmi Noyabr 2015 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
Vikipediya məqalələrindən
- Paleontologiya tarixi canlı orqanizmlərin qalıqları əsasında Yer kürəsində həyatın yaranması şəraitini və onun inkişaf mərhələlərini öyrənir.
- Roma-German muzeyi Almaniyanın Köln şəhərində yerləşən paleolit dövründən başlamış erkən orta əsrləri əhatə edən nadir eksponatlarla zəngin arxeoloji muzeydir.
- Türkiyə istehsalı olan ilk film (şəkildə) rejissoru Fuat Uzkınay olan və çəkilişi 1914-cü ildə tamamlanmış Ayastеfanоsdakı rus abidəsinin yıхılmаsı adlı sənədli filmdir.
- Ədalət fəvvarəsi — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir və Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir.
- Kapitan Amerika — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajıdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan Əcəmi Naxçıvaninin memarı olduğu Yusif ibn Küseyir türbəsinin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
- Dünyanın 125 ölkəsindən böyük olan, Filippin arxipelağının cənubunda yerləşən Mindanao adasında ən çox sebuan, taqal, kreol və ingilis dili istifadə olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Vikipediya məqalələrindən
- Çində ibtidai təhsil alanlar 3,5 min heroqlifi bilməlidirlər.
- Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində inşa edilmiş Mostar körpüsü Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır.
- Monqolustanda təşkil edilən ənənəvi Naadam festivalı yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır.
- Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir.
- "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınan Ulu Temburonq Milli Parkı Bruneydə yaradılmış ilk milli parkdır.
- Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi olan Kunstkamerada Şimali Amerika kontinentində yaşamış yerli xalqların - eskimosların, aleutların və hinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır.
- Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası (şəkildə) adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
Vikipediya məqalələrindən
- Premyerası 1979-cu ildə baş tutmuş Min bir gecə baletini Fikrət Əmirov "Min bir gecə" nağıllarının süjetləri əsasında bəstələyib.
- Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat (şəkildə) dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.
- Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən Üsturlab cihazı tarixi mənbələrə görə ilk dəfə olaraq Eratosfen tərəfindən b.e.ə.250-ci ildə düzəldilmişdir.
- Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli Nabukko operasının librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır.
- Sankt-Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan ikimərtəbəli I Pyotrun Yay sarayı on dörd otaqdan və iki mətbəxdən ibarətdir.
- Əmək adamlarını təsvir edən rəssam kimi də tanınan Ferdinand Hodlerin 1910-cu ildə çəkdiyi "Odunçu" adlı rəsm əsəri bir il sonra – 1911-ci ildə buraxılmış nominal dəyərli 50 İsveçrə frankı olan əsginaslarda çap olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə