Vikipediya Bilirsinizmi Noyabr 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycanlı rəssam Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi Qacar şahzadəsi Məculla Mirzənin portreti (şəkildə) rəsm əsəri Bakıda Milli incəsənət muzeyində saxlanılır.
- Olimpiya oyunlarının açılış mərasimində təntənəli surətdə söylənilən Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında təqdim olunub.
- Osmanlı sultanlarının 624 illik hakimiyyətlərinin 400 ilində (1465-1856) iqamətgahları olmuş Topqapı sarayında Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur.
- Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökümət binası olan Stare Mesto ratuşasının əsas binasında muzey yerləşir.
- Hindistanın Qərbi Benqal ştatının Əlipurduar rayonunda, Himalay dağlarının şərq yamaclarında yerləşən Caldapara Milli Parkı Toto və Meç tayfalarının bu ərazilərdə məskunlaşmasına görə Totapara adı ilə də tanınır.
- Niderlandlı keçmiş futbolçu olan Frank de Buru niderland futbolu tarixində yetişmiş ən güclü müdafiəçilərdən biri hesab edirlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Astronomiya seriyası
- 1577-ci ilin Böyük kometi (şəkildə) keçişi zamanı Qalileo Qaliley kometaların sadəcə optik illuziyalar olduğu düşüncəsini müdafiə etdi və bu barədə təqribən bir əsr davam edən mübahisəyə səbəb oldu.
- Bəzi astronomlar Yerin Lilit adlanan ikinci peykinin olması düşüncəsini müdafiə edirlər.
- 2006-cı ildə Praqada keçirilən Beynəlxalq Astronomiya İttifaqının yığıncağında əldə olunan qərar nəticəsində Plutonun planetlər sırasından çıxarılaraq cırtdan planetlər sırasında daxil edilmişdir.
- Seyrək diskin üzvü hesab edilən Erida məlum olan ən böyük cırtdan planetdir.
- Günəş sistemində digər kosmik cismlə təmas etməyi bacaran insan istehsalı ilk cihaz SSRİ istehsalı Luna 2 kosmik gəmisidir.
- 14 dekabr 1972-ci ildə Apollon 17 missiyası çərçivəsində Ayda yeriyən Yucin Sernan Ayda yerimiş son insandır.
- 167 °C orta istiliyə sahib olan Merkurinin Günəş işığı düşməyən dərin qütb kraterlərində buz olduğu məlum olmuşdur.
- Böyük toqquşma fərziyyəsinə görə Ay Yerlə Teya adlanan planetin toqquşması nəticəsində Yerin ətrafındakı boşluğa saçılan maddələrin orbitdə tədricən toplanması nəticə meydana gəlmişdir.
- Günəş G2V sinfinə daxil olan sarı cırtdan tipli ulduzdur.
- Neptun 23 sentyabr 1846-cı ildə Urban Leveryenin hesablamaları əsasında İohann Qotfrid Qal tərəfindən tapılmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Vikipediya məqalələrindən
- Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
- Norveçli səyyah Qunnar Qarfors 198 ölkəni ziyarət etmişdir.
- Zənzibar adası vaxtı ilə dünyanın yarısını ədviyyatla təmin edirdi.
- 1965-ci ilin "Kainat gözəli" Apasra Hongsakula hazırda 69 yaşı olmasına baxmayaraq, hələ də gənc görünüşü ilə görənləri heyrətləndirir.
- Sinqapurun simvolu hesab edilən Merlion (şəkildə) xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.
- Edo dövründə ukiyo-e rəssamı Katsuşika Hokusay tərəfindən çəkilmiş "Kanaqavada böyük dalğa" qravürü Yaponiya incəsənətinin ən tanınmış əsəri hesab olunur.
- Vaşinqton ştatının bayrağı (şəkildə) üzərində ABŞ prezidenti Corc Vaşinqtonun şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.
- Abşeron yarımadasından şərqdə yerləşən Qu adası Azərbaycan ərazisindəki iki hərfli tək toponimdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
Vikipediya məqalələrindən
- Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan Tik-Tok (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
- Bir cənub şəhərində filmi yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır və ssenaristin Azərbaycan kinosunda ilk işidir.
- Banqladeşin ilk prezidenti olmuş Mucibur Rəhman Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür.
- Yalla qrupunun yaradıcısı Fərrux Zakirov 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.
- Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmiş Bəstəkar Qara Qarayevin portreti Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır.
bax – müzakirə et – redaktə et – tarixçə