Vikipediya Bilirsinizmi Noyabr 2017 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
- 1800-cü illərin sonlarına qədər insanlar şampunları tualet, mətbəx dəzgahı və hətta dişlərini təmizləmək üçün istifadə edirdilər.
- Orta göstəriciyə əsasən, Kolumbiyada bir karat zümrüdün əldə olunması üçün 20 ton torpağın təkrar emal olunması lazımdır.
- Topaz elementi günəş şüası altında solğunlaşır və rəngini itirir. Buna görə də bu elemtdən olan bəzək əşyasını çimərliklərdə taxmaq məsləhət görülmür.
- Dünyada tək yumurta əkizlərinin ən çox doğulduğu ölkə Nigeriyadır. ABŞ-da Massaçusetsdə isə hər yüz doğumun beşində əkiz uşaq dünyaya gəlir.
- 11 rəsmi dilə malik olan Cənubi Afrika Respublikası başqa ölkələrdən daha çox rəsmi dilə sahibdir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Vikipediya məqalələrindən
- İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx donanmasında sualtı qayıq komandiri kimi xidmət etmiş və müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmisini batıran, daha 24 gəmisini zədələməklə sıradan çıxaran, "Dəmir xaç ordeni" kavaleri Viktor Ern 1907-ci ilin 21 oktyabrında Gədəbəy rayonunda anadan olmuşdur.
- Brejnev və Georgi Jukov 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adı almışdır.
- "I" əməliyyatı və Şurikin digər macəraları filmində rol almış yeganə azərbaycanlı Hüseyn Axundovdur. Hüseyn Axundov Mosfilmdə tam ştata götürülmüş yeganə azərbaycanlı kimi də tarixə düşüb. 2015-ci ildə 94 yaşında Moskva şəhərində vəfat edib.
- Bakı Şəhər İcra Hakimiyyətinin binası 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir.
- XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, Qərbi Avropada belə məşhurlaşmışdır. Belə ki, fransız yazıçısı Aleksandr Düma, diplomatı Artur de Qobino öz yazılarında, rus rəssamı Qriqori Qaqarin isə öz rəsm əsərlərində Şamaxı rəqqasələri ilə bağlı məlumatlar vermişdilər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Vikipediya məqalələrindən
- Tahirə Tahirova ilk azərbaycanlı qadın xarici işlər naziridir. O, 1959-1983-cü illərdə Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsində çalışmışdır.
- İkinci dünya müharibəsi illərində göstərdiyi şücaətlərə görə 42 nəfər azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovdur.
- Tanınmış rus yazıçısı Mixail Lermontov (şəkildə) 1837-ci ildə Rusiyadan sürgün olunduğu vaxt bir müddət Qusar şəhərində yaşayıb. Lermontovun Mirzə Fətəli Axundov vasitəsi ilə Azərbaycan dilini öyrəndiyi də məlumdur.
- Ernest Heminquey, Virciniya Vulf, Cek London, Yukio Mişima və Cerard de Nerval kimi yazıçılar intihar edərək həyatlarına son qoyublar.
- Afrikanın ilk milyarder qadını hesab olunan İzabel duş Santuş 1973-cü ildə Bakı şəhərində anadan olub.
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
Vikipediya məqalələrindən
- Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmiş Gilan qızı filmində 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
- Sankt-Peterburqda yerləşən Mixaylov qəsrinin (şəkildə) önündə yerləşən meydanda 1800-cü ildə "Ulubabaya nəvəsindən" yazısı altında I Pyotrun heykəli ucaldılıb.
- Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
- Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
- Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.
bax – müzakirə et – redaktə et – tarixçə