Vikipediya Bilirsinizmi Oktyabr 2016 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Vikipediya məqalələrindən
- Şair Dəvdək yazdığı akrostix elegiyanı Qafqaz Albaniyası hökmdarı Cavanşir Mehraninin ölümünə həsr edib.
- Əntərmeymunlar fəsiləsindən olan kəkilli əntər öz selfisini (şəkildə) çəkmiş və meymun selfisi adlanan bu fotolar Wikimedia Commonsa yerləşdirildikdən sonra heyvanların müəllif hüququna malik olub-olmaması haqqında müzakirələrə səbəb olmuşdur.
- Osmanlı imperiyasında Fateh Sultan Mehmet tərəfindən tətbiq olunan qanunlar toplusu olan Fateh Qanunnaməsi hakimiyyətə gəlmək üçün qardaş qətlini mümkün edir; 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələrin hərəmin Qəfəs deyilən yerində saxlanılması ənənəsini başlatmışdır.
- Rokki 4 filmində Dolf Lundqrenin həyat yoldaşı rolunda oynayan Brigitta Nilsen bu filmdən sonra Arnold Şvartseneggerdən ayrılaraq Silvestr Stallone ilə 13 dekabr 1985-ci ildə ailə həyatı qurmuş və 13 iyul 1987-ci ildə boşanmışdır.
- D-8 İqtisadi Kooperasiya Təşkilatı Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur.
- Bud-çanaq oynağı bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaqdır.
- Anna Boleyn I Yelizavetaya hamilə qaldıqdan sonra İngiltərə kralı VIII Henri ilə evlənir və onun altı arvadından ikincisi olur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Vikipediya məqalələrindən
- Dünyada ilk Ruhi xəstəxana 705-ci ildə Bağdad şəhərində, VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılmışdır.
- Azərbaycan polyaklarından olan mexanik və mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətlərinə görə Bakıda Polşalı Nobel kimi tanınırdı.
- Behbud Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
- Hyu Qlass (şəkildə) qrizli ayısı tərəfindən hücuma məruz qalmasına baxmayaraq 200 mil (320 km) məsafə qət edərək, sağ qalmağı bacarmışdır.
- XX əsrdə Amerikada kommunistlərə qarşı Qırmızı təhlükə təbliğatı aparılmışdır.
- Edqar Allan Ponun Qələbəliklərin adamı hekayəsi əsas obrazın London küçələrində tanımadığı bir nəfəri təqib etməsindən bəhs edir.
- 1930-cu illərin əfsanəvi mafiya rəhbərlərindən olan Al Kapone bir müddət Kaliforniya ştatının, San Fransisko şəhərində yerləşən Alkatraz həbsxanasında saxlanılmışdır.
- Rus mistik Qriqori Yefimoviç Rasputinin ölümündən sonra evində tapılmış məktublarında sui-qəsd yolu ilə öldürüləcəyini yazmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
- Yaponiyanın Honşu adasında yerləşən Aokiqahara meşəsini bəzən tarixi-mifoloji məqamlarla bağlı olaraq, "özünəqəsd meşəsi" adlandırırlar.
- 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
- BBC tərəfindən istehsal olunmuş on seriyalı "Dünya ətrafında 80 xəzinə" sənədli filminin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür.
- Rene Maqritin "İnsan övladı" rəsm əsəri (şəkildə) Maykl Cekson və Canet Ceksonun "Scream/Childhood" mahnısının videosunda qısa müddətdə görünmüşdür.
- Yaponiyanın endemik canlılarından olan Yapon porsuğu əsasən Honşu, Kyuşu, Şikoku və Sedoşima adalarında yayılıb.
- Yapon dekorativ-təsviri sənətinə aid miniatür netsuke heykəlcikləri əvvəllər ənənəvi yapon geyimi olan kimono və cibsiz kosode geyimində asma brelok kimi istafadə olunurdu.
- Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş Hermiya və Lisandr rəsm əsəri Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı Bakı neftçiləri haqqında bəhs edən Bakının işıqları filmində yaradılmışdır.
- Pakistanın musiqi qrupu Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış Dil Dil Pakistan mahnısı ölkənin qeyri-rəsmi himni kimi qiymətləndirilir.
- Hal-hazırda 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunan stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncər deməkdir.
- Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.
- Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.
- Malayziyanın Kedah ştatında yerləşən və dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri olan Zahir məscidində (şəkildə) hər il Quran hafizlərinin festivalı keçirilir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan Əcəmi Naxçıvaninin memarı olduğu Yusif ibn Küseyir türbəsinin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.
- Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
- Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
- Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
- Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
- Dünyanın 125 ölkəsindən böyük olan, Filippin arxipelağının cənubunda yerləşən Mindanao adasında ən çox sebuan, taqal, kreol və ingilis dili istifadə olunur.
bax – müzakirə et – redaktə et – tarixçə