Vikipediya Bilirsinizmi Oktyabr 2022 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 40. Həftə
Vikipediya məqalələrindən
- Dağıstan Respublikasının Çaroda rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır.
- Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.
- Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.
- Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır.
- İspaniya ilə Fransa arasındakı Basklar ölkəsində danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Vikipediya məqalələrindən
- Yaponiyanın Mie prefekturasında yerləşən Evli qayalar (şəkildə) yerli rahiblər tərəfindən müqəddəs hesab edilir.
- Ağ ayı Knutun Berlin zooparkına qazandırdığı gəlirlər nəticəsində 2007-ci il zooparkın 163 illik tarixi ərzində ən gəlirli il olmuşdur.
- Kasakela və Kahama şimpanzeləri arasında 1974-78-ci illərdə baş vermiş Qombe müharibəsi 11 şimpanzenin ölümü və 3 şimpanzenin itkin düşməsi ilə nəticələnmişdir.
- İngilis Tom Hayam 1980-ci ildə bacanağının düşərgə çadırında paltar ütülədiyini gördükdən sonra ekstremal ütüləmə idman növünün əsasını qoymuşdur.
- Süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını kəşf etmiş bolqar mikrobioloq Stamen Qriqovun anadan olduğu Studen İzvor kəndində dünyanın yeganə qatıq muzeyi fəaliyyət göstərir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Vikipediya məqalələrindən
- Cənubi Koreya müğənnisi Hvasanın (şəkildə) televiziyada yediyi yeməklərin və istifadə etdiyi əşyaların Cənubi Koreyada populyarlaşdığı və daha çox satıldığı müşahidə olunmuş, bu hala "Hvasa effekti" adı verilmişdir.
- 200 metr uzunluğunda olan Kəlbəcər-Laçın avtomobil tuneli Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulmuş ən uzun tuneldir.
- 1968-ci ildə italyan mühəndis Corcio Roza tərəfindən qurulmuş və heç bir dövlət tərəfindən tanınmamış Roz adası Respublikası haqqında 2020-ci ildə Netflix tərəfindən komediya-dram filmi çəkilmişdir.
- Alman bəstəkar Feliks Mendelson 1829-cu ildə Şotlandiyada yerləşən Finqal mağarasını ziyarət etmiş və mağaradakı qəribə exodan təsirlənərək "Finqal mağarası" uvertürasını yazmışdır
- Rusiyanın Orenburq vilayətində yerləşən və adını girişdə yerləşən bir heykəldən alan Qara delfin islahedici koloniyasında təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var.
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Vikipediya məqalələrindən
- XVI əsrin sonlarında tikilmiş Fuşimi qəsrinin müdafiəsi o qədər yaxşı idi ki, 1600-cü ildə baş verən Fuşimi mühasirəsi zamanı qəsrin komandiri vaxtını qo oynamaqla keçirirdi.
- Rusiya prezidenti Vladimir Putini ələ salan "Putin — xuylo!" şüarı Ukraynanın "Metallist" və "Şaxtyor" futbol klublarının radikal azarkeşləri sayəsində məşhurlaşıb.
- Xylaria longipes (şəkildə) növündən olan göbələkləri görünüşlərinə görə "ölü köstəbək barmaqları" adlandırırlar.
- Edinburq zooparkında yaşayan kral pinqvini Nils Olaf Norveç Kral qvardiyasının fəxri komandiri və talismanı seçilmiş, 2008-ci ildən cəngavər, 2016-cı ildə isə briqada generalı statusu almışdır.
- 1973-cü ildə "Vyetnam münaqişəsinin həlli istiqamətində birgə fəaliyyətə görə" Şimali Vyetnamın siyasi xadimi Le Dık Tho Nobel sülh mükafatına layiq görülsə də, o, Vyetnamda əsl sülhün əldə olunmadığını əsas gətirərək, mükafatdan imtina etmişdi.
bax – müzakirə et – redaktə et – tarixçə