Vikipediya Bilirsinizmi Oktyabr 2023 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 40. Həftə
Vikipediya məqalələrindən Ruanda haqqında məlumatlar...
- Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi nəticəsində 3 ay ərzində 1 milyondan çox insan qətlə yetirilmişdir. Ruanda soyqırımı XX əsrin ən dəhşətli soyqırım aktlarından biri hesab olunur.
- Ruanda içməli su qıtlığı yaşamayan Afrika ölkələrindən biridir. Ölkəyə yüksək miqdarda yağışların yağması və yetərli şirin su qaynaqlarının olması səbəbindən, demək olar ki, içməli su probleminə rast gəlinmir.
- Ruandanın ən yüksək nöqtəsi Karisimbi yatmış vulkanın yerləşdiyi Virunqa dağlarının olduğu ərazidə yerləşir. Dağın hündürlüyü 4507 metrə yaxındır.
- Nəsli kəsilmək üzrə olan Şərq dağ qorillasının əsas vətənlərindən biri Ruandadır. Ölkədə dağ qorillərinin qorunması və saylarının çoxaldılması üçün dövlət tərəfindən bəzi mühafizə tədbirləri görülməkdədir.
- Afrika ölkələri arasında qəhvə mədəniyyətinin ən güclü inkişaf etdiyi ölkə Ruandadır. Dünyanın əsas qəhvə istehsalçılarından hesab olunan ölkə bir çox dünya ölkələrinə müxtəlif növlərdə qəhvə çeşidləri ixraç edirlər. Ruandalıların özləri də, adətən günə bir fincan qəhvə içməklə başlayırlar.
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Vikipediya məqalələrindən Fransa haqqında məlumatlar...
- Fransa azərbaycanlılarıdan olan XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Banin tərəfindən yazılmış Qafqaz günləri romanı yazıçının Azərbaycanda keçirdiyi dövrü təsvir edir.
- Fransa dünyada ən çox müstəmləkə torpağına sahib ölkədir. Fransa Dənizaşırı Bölgələr Birliyi adlı birliyin ümumi sahəsi 9,821,231 km² yaxındır və bura müxtəlif statuslu Dənizaşırı departamentlər, Dənizaşırı kollektivliklər və Fransanın Cənub və Antarktika əraziləri kimi müxtəlif inzibati ərazi vahidləri daxildir.
- I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında sülh sazişi Kоmpyеn vaqonunda imzalanmışdır. Müqaviləni özlərinə təhqir bilən almanlar Fransanın kapitulyasiyası aktının imzalanması mərasimini də 1940-cı ildə eyni vaqonda təşkil ediblər.
- İslam dini və onun peyğəmbəri haqqında müxtəlif karikaturalar çəkən Charlie Hebdo satirik qəzetinə qarşı 2015-ci ilin 7 yanvar tarixində törədilmiş silahlı hücum nəticəsində baş redaktor Stefan Şarbonye və əsas kollektivin hamısı qətlə yetirilmişdir.
- İran İslam İnqilabının rəhbəri Ruhullah Xomeyni İrana gəlməmişdən əvvəl təxminən 6 ay Parisdən 40 km məsafədə yerləşən Nofl-le-Şato şəhərciyində yaşamışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Vikipediya məqalələrindən Avstraliya haqqında məlumatlar...
- 1948-ci ilin 1 dekabr tarixində Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində tapılmış naməlum kişi cəsədinin kimliyi bu günə qədər müəyyənləşdirilə bilməyib. Cəsədin əynindəki şalvarın gizli cibindən aşkarlanmış və fars dilində bitdi və ya tamamlandı mənasını verən təmam şud ifadəsinə görə Təmam şud işi olaraq adlandırılmışdır.
- Avstraliyanın şimal-qərbdə yerləşən Kvinslend əyalətində yerli əhalini vəhşi dinqo itlərindən qorumaq üçün uzunluğu 5.614 km-ə qədər çatan xüsusi maneə xəttləri çəkilmişdir. Dinqo çəpəri olaraq adlandırılan maneə divarı hər il onlarla yerli insanı vəhşi itlərin hücumlarından müdafiə edir.
- 2001-ci ilin 11 aprel tarixində Avstraliya ilə Amerika Samoası milli futbol komandaları arasında Avstraliyanın Koffs Harbur şəhərindəki Beynəlxalq Stadionda oynanılmış 2002-ci il dünya çempionatının təsnifat oyunu ev sahiblərinin 31-0 hesablı qələbəsi ilə başa çatmışdır.
- UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan Uluru–Kata-Tyuta Milli Parkında yerləşən Uluru qayalaşması ölkənin əsas coğrafi simvolarından biri hesab olunur.
- 1944-cü ilin 5 avqust tarixində Avstraliyanın Kaura qəsəbəsi yaxınlığında yapon müharibə əsirlərinin saxlanılması üçün salınmış eyni adlı həbs düşərgəsində baş vermiş qaçış cəhdi nəticəsində 1104 yapon əsir həbsdən qaçmışdır. Bu qaçış cəhdi müharibə əsirlərin ən kütləvi həbsdən qaçış cəhdi kimi tarixə keçib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Vikipediya məqalələrindən Hindistan haqqında məlumatlar...
- Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü Fil ilə edam ilk dəfə olaraq Hindistanda tətbiq edilmişdir.
- XIV övladını dünyaya gətirən zaman vəfat edən Mümtaz Mahalın ölümü ilə barışa bilməyən Böyük Moğol imperiyasının hökumdarı Sultan Şahcahan 1632-ci ildə Tac Mahalın tikilməsinə göstəriş verir. UNESCO tərəfindən ümumdünya irsi siyahısına daxil edilmiş abidə Hindistanda turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir.
- Erməni dilində ilk qəzet 1794-cü ildə Hindistanın Kəlkütə şəhərində Aratun Şumovyanın rəhbərliyi ilə çap edilib. Azdarar adlı qəzet iki il müddətinə 18 nüsxədən ibarət olmaqla yayımlanıb.
- Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəz sayılan və Hindistanın Nyu-Dehli şəhərində yerləşən Lotos məbədi ortalama hər il 5 milyon nəfər tərəfindən ziyarət edilir. Dünyadakı ən böyük bəhai icmasıda (2 milyondan bir qədər çox) Hindistanda yaşamaqdadır.
- Hindistanda kannibalizm adətlərini özlərində saxlayan Aqxori dini sektası mövcuddur. Sekta üzvlərinin ritual ayinlərdə insan ətlərinin yediyi, yanlarında gecələdiyi və kəllə sümüklərindən piyalə kimi istifadə etdikləri məlumdur.
bax – müzakirə et – redaktə et – tarixçə