Vikipediya Bilirsinizmi Oktyabr 2024 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 41. Həftə
- Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin qızı Tamara xanım Xoyskaya (şəkildə) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynovla evlənmiş və Azərbaycan SSR-in ilk birinci xanımı olmuşdur.
- Civəni gümüşə və ya qızıla çevirə bildiyini iddia edən Ceyms Prays bunu etibarlı şahidlər önündə sübut etmək məcburiyyətində qalan zaman sianid turşusu içərək intihar etmişdir.
- Şimali Koreya tərəfindən Cənubi Koreyadan qaçırılmış YS-11 təyyarəsində olan 47 nəfərdən 11-i heç vaxt geri qaytarılmayıb və onlar Şimali Koreyanın müxtəlif şəhərlərində yaşamaqdadır.
- 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən xunta özünü "Vətəndə Sülh Şurası" adlandırırdı.
- Aprel işğalından sonra həbs olunmuş Məhəmməd Əmin Rəsulzadə İosif Stalinin göstərişi ilə həbsdən azad edilərək RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
- ... ki, tarixçi Müctəba Minovi Pəhləvi İranının gerbindəki "Aslan və Günəş" simvolikasının (şəkildə) türkmənşəli olduğu üçün dəyişdirilməsini təklif edib?
- ... ki, anası keçmiş kölə olan Meri Ceyn Patterson bakalavr dərəcəsi əldə etmiş ilk afroamerikalı qadın olub?
- ... ki, hər il baş tutan Vilya de Leqanes Kubokunun qaliblərinə "Qızıl xiyar" mükafatı, ikinci yeri tutanlara isə "Gümüş xiyar" mükafatı təqdim olunur?
- ... ki, Türkiyə mətbəxinə aid olan mənəmən adını İzmirin eyniadlı ilçəsindən alıb?
- ... ki, Rusiyayameyilli "Krım Kommunistləri İttifaqı" o dövrdə Ukraynadakı ilk və yeganə marksist–leninist partiya olub?
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
- ... ki, 1995-ci ildə qəbul edilən Belarus gerbi (şəkildə) sovet ənənəsini davam etdirmək məqsədini daşıyırdı?
- ... ki, yunan mifologiyasında Zevsin məşuqəsi İo münasibətləri Heradan gizli qalsın deyə inəyə döndərilmiş, at milçəyi tərəfindən təqib olunduqdan sonra Misirdə yenidən insan formasına qayıtmışdır?
- ... ki, Türkiyə futbolçusu Mustafa Xeyri Azərbaycan çempionatında çıxış edən, həmçinin qol və avtoqol vuran ilk legioner futbolçu olub?
- ... ki, Soyon ilk mahnılarından olan "Idle Song" adlı mahnısını "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas musiqisindən ilham alaraq ərsəyə gətirib?
- ... ki, Yaponiyada yerləşən və taksidermiyaya həsr olunmuş Şiqa Safari Muzeyində sərgilənən bütün heyvanlar tək bir ovçu tərəfindən ovlanıb?
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
- ... ki, "YouTube"un həmtəsisçisi Caved Kərim platformanın biznes qərarlarını tənqid etmək üçün dəfələrlə "Me at the zoo" adlı videosunun (videofaylda) təsvir hissəsindən istifadə edib?
- ... ki, Yaponiyanın Tsu şəhərində yerləşən Yapon Luvr Heykəltaraşlığı Muzeyinin yaradılması üçün 17 dəfə Parisə səfər edilib?
- ... ki, türk və ərəb dastanlarında haqqında bəhs edilən Bəttal Qazi obrazı VIII əsr Əməvi sərkərdəsi Abdullah Bəttala əsaslanır?
- ... ki, Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşi 4 aydan artıq Ermənistan tərəfindən girov saxlanılıb?
- ... ki, 1934-cü ildə İranda, Fransada, İngiltərədə, Almaniyada və SSRİ-də Firdovsinin minillik yubileyi keçirilib?
bax – müzakirə et – redaktə et – tarixçə