Vikipediya Bilirsinizmi Sentyabr 2014 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Vikipediya məqalələrindən
- Meksikanın 34-cü prezidenti olmuş Pedro Laskurain tarixdə ən qısa müddət - cəmi 45 dəqiqəlik prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür.
- İrena Sendler Varşava gettosundan 2500-dən çox yəhudi uşağın həyatını xilas etmişdir.
- 2008-ci ildə Şotlandiyada həkimlərə ağ xalatdan istifadə etmək qadağan edilmişdir.
- Dünyada ən böyük Nyuton beşiyinə (şəkildə) Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O, hər biri 6,8 kq olan 16 boulinq şarından ibarətdir.
- Mu qitəsi barədə məlumatlar Atatürkün diqqətini çəkmiş və bu sahədə araşdırma aparmaq üçün xüsusi tarixçi alim qrupu müəyyənləşdirmişdi.
- Azərbaycanın ən hündür körpüsü Qrız körpüsüdür.
- Planetlərin paradı 179 ildən bir baş verir.
- Səthi qorxulu tikanlarla örtülü olan kivanonun dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Vikipediya məqalələrindən
- Kraliça Annanın Əsasnaməsi (şəkildə) nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında dünyada ilk aktdır.
- 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya oyunlarında qələbə qazanan idmançılara verilən medallar qızıldan yox, gümüşdən idi.
- Dünyada ilk kalkulyator olan arifmometrdən 90 il ərzində istifadə edilmişdir.
- "Vağzalı" rəqsinin özü "vağzal" sözündən daha əvvəl yaranıb.
- Toyuq korluğunun əsas müalicəsi çoxlu sayda A vitamini qəbul etməkdir.
- Norveç kralı olmuş V Olaf maşını özü sürür, xalq arasına tərəddüdsüz çıxırdı. Ona bu barədə sual verildikdə isə "Mənim 4 milyon qoruyucum var" demişdi.
- Futbolda birinci qayda oyun meydançası barəsindədir.
- Dünyanın ən böyük mağarası Vyetnamda yerləşən Şondonq mağarasıdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Vikipediya məqalələrindən
- Çin SSRİ və ABŞ-dan sonra fəzaya insan göndərən üçüncü dövlətdir.
- Urnes kilsəsi (şəkildə) Norveçdəki taxta kilsələrin ən qədimidir.
- Futbolun inkişafının ilkin mərhələsində topu heyvanların sidik kisələrindən düzəldilirdi; amma belə toplar, güclü zərbə vuranda, tez sıradan çıxırdı.
- Cin Otri Hollivudun "Şöhrət xiyabanı"nda 5 ulduzu olan yeganə şəxsdir.
- "Qız qalası" baleti ilk Azərbaycan baleti olmaqla yanaşı, həm də müsəlman şərqində ilk baletdir.
- 14,9 milyon müharibə iştirakçısı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilmişdir.
- Azərbaycanda adətən uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan Vikipediyasındakı "Azərbaycan" məqaləsi 415 istifadəçi tərəfindən 1412 dəfə redaktə edilib.
- Dünyada ən çox universitetə sahib şəhər Kanadanın Toronto şəhəridir.
- Azərbaycanın Samux rayonunda Lüksemburg adlı kənd var.
- Çinlilərdən qorxma qorxusu Sinofobiya adlanır.
- "Çılğın oğru" cizgi filmindəki Minionlar Minions-ese dilində danışırlar.
- Avropada ilk kazino 1763-cü ildə Belçikanın Spa şəhərində açılıb.
- Azərbaycanın ən bolsulu şəlaləsi Balakəndəki Katexçay şəlaləsidir.
bax – müzakirə et – redaktə et – tarixçə