Vikipediya Bilirsinizmi Yanvar 2019 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 1. Həftə
Vikipediya məqalələrindən
- Dağlaləsi həyəcanının məhşurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" adlı əsərin böyük rolu olmuşdur.
- Uzun Həsənin oğlu Zeynal bəyin dəfn olunduğu türbə (şəkildə) Ilısu Barajının tikintisi sona çatdıqdan sonra su altında qalmaması üçün xüsusi texnologiya vasitəsilə 12 may 2017-ci ildə öz yerindən Hasankeyf Yeni Mədəniyyət Parkına daşınmışdır.
- Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir.
- 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma bulağı (yaxud bəzi ədəbiyyatlarda Almaqulağı) adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.
- Assassin's Creed Origins oyunu Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Vikipediya məqalələrindən
- Tanbo sənəti — Yaponiya xalqının düyü sahələrində müxtəlif növlü və rəngli düyüdən istifadə etməklə nəhəng sahəli şəkil yaratma üçün sənətidir.
- Uzaq sahillərdə filmində Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir.
- Topla qız rəsmi (şəkildə) rəssam Roy Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb.
- Şair Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur.
- Tekken ilk 3D formatında döyüş oyunlarından biri hesab olunur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Vikipediya məqalələrindən
- Teodor Ruzvelt Raşmor dağında təsviri həkk olunan dörd ABŞ prezidentindən biridir.
- Firəngiz Əlizadə (şəkildə) bəstəkar Qara Qarayevin tələbəsi olub.
- Abbasqulu ağa Bakıxanov 1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
- Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir.
- Avraam Linkoln ABŞ prezidentləri arasında ən hündür boylu prezidentdir
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Vikipediya məqalələrindən
- Tor hörən hörümçəklərin cinsi yetişkinliyə çatmış erkək fərdləri, adətən tor qurmurlar.
- 1279-80-ci ildə Xubilay xan (şəkildə) monqol adət-ənənələrini pozub, İslam və İudaizm üsulu ilə mal-qaranın kəsimi edənlərə ölüm hökmü vermişdir.
- Dəmir adam komiksçi Sten Li, ssenariçi Lari Liber, rəssam Don Hek və dizayner Cek Kyorbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Bəlirsizlik hekayələri"nin 39-cu sayında çıxmışdır.
- Batumi şəhəri 1564-cü ildə Sultan Süleyman Qanuninin dövründə Osmanlılar tərəfindən ələ keçirilmişdir.
- Midiya dövlətini yaradan və hakimiyyətdə olan tayfa madaylar olmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Vikipediya məqalələrindən
- 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası olan Gülüstü Qadınəfəndi (şəkildə) Sultan Əbdülməcidin qızlarının dəfn olunduğu Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
- Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar.
- Kəhrəbadan dərman istehsalında istifadə olunur.
- Quba rayonunun Alpan kəndində qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var.
bax – müzakirə et – redaktə et – tarixçə