Vikipediya Bilirsinizmi Yanvar 2020 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 1. Həftə
Vikipediya məqalələrindən
- XIII əsrdə yaşamış katalan trubadur Serveri de Jirona ən məhsuldar trubadur hesab olunur.
- Axtarış sistemi "Google" "What is the loneliest number?" (azərb. "Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Dəniz dibinin soyuq suyunun sürətlə suyun səthinə qalxması ilə müşayiət olunan El-Ninyo hadisəsi Peru sahillərində yerləşən Grau dənizində baş verir.
- Memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad kolonnadadır.
- İtaliyanın Kampaniya regionunun Neapol əyalətində yerləşən Mavi mağara Kapri adasının əsas simvolu sayılır.
- Bəbir çinlilərdə hünər və qəddar döyüşkən obrazı daşıdığı halda, xristianlarda şeytanı, cinayəti, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Vikipediya məqalələrindən
- Azərbaycan yazıçısı Şıxəli Qurbanov (şəkildə) 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olsa da, bir aydan sonra Sovet hakimiyyəti tərəfindən qətlə yetirilmişdir.
- 1990-cı illərdə tikilən Bibiheybət məscidi Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı II Fərruxzad tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır.
- Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin ilk sevgilisi Gəncəli İbrahim xanın qızı Noxbikə idi.
- Qrenlandiyanın adı iki dan sözündən - "grøn" (yaşıl) və "land" (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir.
- ABŞ prezidenti Con Kennedi Amerika futbolu oynayarkən belini zədələmişdi.
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Vikipediya məqalələrindən
- Tivoli bağları Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır.
- Rəssam Everett Şinnin həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.
- 1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlaması ilə əlaqədar 30 yaşlı heykəltəraş Ogüst Roden (şəkildə) Milli Qvardiya polkuna səfərbər edilmiş, kapral rütbəsinə qədər yüksəlməyi bacarmışdır.
- Hitler diktaturası bərqərar olduqdan sonra Villi Brandt təxəllüsü ilə gizli iş aparmış, aprel ayında isə Norveçə qaçmışdır.
- Talabıqışlaq kəndinin toy ənənəsinə görə bəy tərifi olanda bəyin qabağına qız evi xoruzu konfetlə qoz və fındıq ləpələri ilə bəziyib aparırlar.
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Vikipediya məqalələrindən
- Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır
- Nadir şah Əfşarın ölümündən sonra, Gəncə xanlığı, İrəvan xanlığı və Naxçıvan xanlığı ilə ittifaq quran Kaxetiya çarı II Teymuraz İran ordusunu Qafqazdan qovmağa nail olub.
- Zviad Qamsaxurdiya Gürcüstan yazıçısı Konstantin Qamsaxurdiya ailəsində dünyaya göz açmışdır.
- 2015-ci ildə Qambiyanın prezidenti Yəhya Camme Qambiyanı İslam Respublikası elan edib.
- Basketbol (şəkildə) müsabiqələri iki hakim tərəfindən idarə olunur. Qonaq komanda sahəni seçmə haqqına malikdir. Hər təhvil verən sonra sahə dəyişməsi edirlər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Vikipediya məqalələrindən
- Sfinks (şəkildə) pişiyi dünyada tanınan tüksüz üç pişik növündən biridir.
- Hindistan yazıçısı Rabindranat Taqorın adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
- Aktrisa Şəfiqə Məmmədova aktyor Ülvi Mehdinin anasıdır.
- İlk dəfə latın kvadratı Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi.
- VIII Henri 6 dəfə evlənməsi və İngiltərəni Katolik Kilsəsindən ayıraraq Anqlikan Kilsəsini qurmaqla tarixə iz qoymuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə