Vikipediya Bilirsinizmi Bolmesi Iyul - Wikipedia
Vikipediya Bilirsinizmi Bolmesi Iyul - Wikipedia - Haqqında Məlumat
1 - 5 İyul
redaktə- Qrenlandiyanın paytaxtı Nuuk şəhərində yerləşən Qrenlandiya Universitetinin 150 tələbəsi, 14 müəllimi və 5 inzibati-texniki işçisi vardır.
- Papua-Yeni Qvineyanın paytaxtı Port Morsbinin 200 min nəfər əhalisi papuas və melaneziyalılar 700 dil və dialektdə danışırlar.
- lat. Calculator sözü, (kalkulyator), calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi).
- ABŞ Hərbi Hava Qüvvələrinin və Dəniz Piyadalrının nizamnamələrinə görə hərbiçilərin tatuajlarının sahəsi bədənlərinin dörddə birindən artıq ola bilməz.
- Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılanmasında və boya maddəsi alınmasında istifadə edilir.
- Ginnesin Rekordlar Kitabı dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur və 100 milyon tirajla satılır.
- Zaman ölçüsü olan saniyə metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.).
- 20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar.
- Şimal Buzlu Okeanı dünyada sahəcə ən kiçik okeandır - 14,75 milyon kvadrat кilometr.
- İnsan ətraf mühit haqqında informasiyanın 90 % -ni göz vasitəsi ilə alır.
5 - 10 İyul
redaktə- İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşaiyətini nəzərdə tutmurdu.
- Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır, rəsmi dil isə dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir.
- Bütün xalqların inancında 1 rəqəmi saydan başqa həm də birincilik, liderlik deməkdir.
- Azərbaycanda 10-dan çox milli çörək növü bişirilir: təndir çörəyi, lavaş, yuxa, yayma, fətir, kətə, mayasız çörək, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s.
- Damanın Altay variantı (şatra) özündə dama və şahmat qaydalarını birləşdirir.
- Yerə çatmadan buxarlanan yağış virqa adlanır.
- Ən qədim qayçı, Qədim Roma tarixi ərazisində arxeoloqlar tərəfindən tapılıb. 3-4 min il tarixi vardır, qoyun qırxmaq üçün istifadə edilib. Onun konstruksiyası iki min il dəyişilməz qalıb.
- 1959-cu ildə amerikalı A.Sfredd kvadrat təkər üçün patent alır. Belə təkərlər qarda, qumda və palçıqda yaxşı gedir və 60 кm/saat sürət verir..
- Dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür.
- Kosta-Rikada işçi qadınlar üçün həftənin üç günü istirahət günüdür.
10 - 15 İyul
redaktə- Gəncə adının həmin ərazidə yaşamış Gancak tayfalarının adıyla bağlı olduğu güman edilir.
- İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
- İlk balet əsəri Fransada 15 oktyabr 158-ci ildə tamaşaya qoyulub. Bu italiyalı Baltazarini tərəfindən quruluş verilmiş «Kraliçanın komediyalı baleti» (və ya «Tserseya») tamaşası idi.
- Delfinlər 14000-ə qədər səs siqnalı bilir və bir-birini ultrasəslə axtarıb tapırlar.
- İspaniya krallıq olsa da 1939-1975-ci illərdə onun kralı olmamış, onu İspaniya krallığının regenti, kaudilyo ( Tanrının etimadı ilə İspaniyanın Rəhbəri) titulu ilə İspaniya Nazirlər Şurasının Sədri, generallisimus Fransisko Franko əvəz etmişdir.
- Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
15 - 20 İyul
redaktə- 1977-ci ildə NASA kosmosa Voyager raketini buraxarkən ona qızıl plastinka da əlavə edib. Əgər raket yadplanetlilərin əlinə keçərdisə bu plastinka onlara Dünya haqqında dolğun məlumat verəcəkdi. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası vardı. Plastinkanın içərinsdə olan 27 melodiyadan biri Azərbaycan musiqisi idi.
- 1863-cü ildə Jül Vern XX əsrin Parisi adlı kitab yazıb. O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri, faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib. Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.
- Osmanlı dövründə qadınlara verilən ən dəyərli hədiyyə güzgü imiş. Bunun anlamı Sənə səndən dəyərli bir hədiyyə tapa bilmədim demək idi.
- Hər gün dünyada orta hesabla 33 yeni məhsul buraxılır, bunların 13-nü isə oyuncaqlar təşkil edir.
- 13 rəqəminin uğursuz olduğu fikirləşildiyi üçün ABŞ-da bir çox oteldə 13-cü mərtəbədə otaq olmur.
- Tanınmış Ərəb şairi, Qahirə universitetinin professoru Şeyx Məhəmməd Abdul İbrahim 150 yaşında vəfat etmişdir. 105 yaşınadək subay yaşamıışdır. 105 yaşında evləndikdən sonra 5 övladı olmuşdur.
- BMT-nin verdiyi informasiyaya görə dünyada hər gün orta hesabla 250 000 yeni körpə dünya gəlir. Bu hər dəqiqəyə 3 uşaq, hər 20 saniyəyə bir doğuş deməkdir.
- Nyu-Yorkda ev satarkən evdə ruhların olub-olmadığını müştəriyə söyləmək qanuni məcburiyyətdir.
- Bir qadın özüylə əlaqədar hər gün orta hesabla 36 mənfi düşüncəni ağlından keçirir.
- 1545-ci ildə Fransanın Sa-Jan-Molyen şəhərində baş tutmuş məhkəmə tarixin ən uzun məhkəməsi hesab edilir. Yerli sankinlər tarlalarında yaşayan və ziyan verən çəyirtkələri şikayət etmişdilər. Həşaratı tutub hökm oxuya bilmədikləri üçün məhkəmə işi yarımçıq qalmışdır. 42 ildən sonra həmin tarlaya qayıdan çəyirtkələr tutularaq polisə təhvil verilmişdir. Nəticədə çəyirtkəni havasız şəraitdə saxlayaraq qollarını və ayalaqlarını kəsərək ölümə məhküm etmişdilər.
20 - 25 İyul
redaktə- Azərbaycanda 1954-cü ilə qədər bütün filmlər ağ-qara çəkilmişdir. 1954-cü ildə ekranlara çıxan "Doğma xalqıma" adlı musiqili bədii-sənədli filmlə Azərbaycanda rəngli kinonun əsası qoyulub.
- 30 oktyabr 1917-ci ildə , Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən və1732-1917-ci illərdə Rusiya monarxlarınınnın rəsmi iqamətgahı olan Qış sarayı ictimai Ermitaj muzeyinin bir hissəsi elan olundu. Qış sarayında keçirilmiş ilk sərgi inqlabın tarixinə həsr olunmuşdur və bu sərgi zamanı ilk dəfə imperator ailəsinin şəxsi otaqları ictimayət üçün açılmışdır.
- Hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı olan Stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
- Atmosferin yuxarı qatlarındakı buludlar adətən kiçicik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər yığınına isə qalo deyilir.
- Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi olan Dəqiqə evində 1889-1896-cı illərdə məşhur yazıçı Frans Kafka öz valideyinləri ilə yaşamışdı. Hazırda Dəqiqə evində Praqa paytaxt magistratının abidələrinin qorunması üzrə təşkilatı yerləşir.
- Rus dili ana dili olmayan II Yekaterina yazarkən üç hərfli sözdə dörd səhv buraxmışdı. O, “rus. ещё” sözünü səhv olaraq “rus. исчо” kimi yazarmış
- Avstraliyanın qərbində sayları həddindən çox olan, emuların məskunlaşması ərazidə ərzaq və su qıtlığına səbəb olduğu üçün 1932-ci ildə Avstraliya ordusu və emu dəvəquşuları arasında başlayan və 1 həftə davam edən müharibə 20.000 emunun öldürülməsi ilə bitmişdir.