Vikipediya Gencler Ile Vikipediyani Oyrenek Oyredek Ve Paylasaq - Wikipedia
Gənclər ilə Vikipediyanı öyrənək, öyrədək və paylaşaq | |
---|---|
Başlama tarixi | 31 iyul 2024 |
Bitmə tarixi | 4 avqust 2024 |
Yeri | |
Əvvəlki | Gənc vikipediyaçıların qış düşərgəsi 2023 |
Təşkilatçılar | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu |
Vikianbarda əlaqəli mediafayllar |
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Şəki şəhərində keçirilməsi təklif edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Gənclər ilə vikipediyanı öyrənək, öyrədək və paylaşaq" layihəsi çərçivəsində təşkil edilmiş vikidüşərgə. Vikidüşərgə 2024-cü ilin 31 iyul — 4 avqust tarixlərində Şəki şəhərində keçiriləcəkdir. Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Suallarınızı wikicampwikimedia.az ünvanına göndərə bilərsiniz.
Məqsədlər
redaktə- Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi,
- Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi, onun fəaliyyəti və multikulturalizm cəhətdən zəngin olan Şəki şəhəri haqqında Vikipediyada məqalələrin yaradılması;
- Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması;
- Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi istiqamətində təbliğat işlərinin aparılması;
- Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmiz, idman və gənclər siyasəti ilə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsi.
Görüləcək işlər
redaktəVikidüşərgədə 90 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 60-ı yeni, 30-u təcrübəli istifadəçilər olacaqdır. Düşərgə müddətində az-vikidə 90 məqalənin yaradılması, Vikianbara 50 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur. Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.
Statistika
redaktəDüşərgə müddətində Azərbaycanca Vikipediyada 200, Azərbaycanca Vikimənbədə isə 208 məqalə yaradılmışdır. Ətraflı statistika üçün: [1]
Qalereya
redaktə-
Promo məhsulların paylanması
-
Açılış mərasimi
-
İlk qrup fotosu
-
İlk təlim
-
Səhər idmanı
-
Vikipediya təlimi
-
Vikipediya təlimi
-
Qruplarla iş
-
Əliəhməd şirniyyat evində
-
Şəki xan sarayına gedərkən
-
Məqalə müsabiqəsinin qalibləri
- Vikianbarda Category:2024 Young Wikipedians Wikicamp Azerbaijan ilə əlaqədar mediafayllar var