Vikipediya Huquqi - Wikipedia
Vikipediyada bir çox hüquqi mövzularla bağlı məqalələr var, lakin onların hər birinin dəqiqliyinə zəmanət verilmir. Hüquqi mövzularda olan məqalərdəki terminlərin doğruluğuna, düzgünlüyünə və dəqiqliyinə dair heç bir zəmanət yoxdur. Qanun yerdən-yerə dəyişir və o, vaxtilə inkişaf edir — bəzən daha davamlı. Qanunla bağlı olan məzmunlar düzgün olsa belə, o, ancaq onu əlavə edən şəxsin nəzdində dəqiq ola bilər, eləcə də məzmun Vikipediyaya əlavə edildiyi vaxtdan sonra qanun təkmilləşdirilmiş, dəyişdirilmiş və ya ləğv edilmiş ola bilər.
Vikipediyada təqdim olunan hüququ məlumatlar ümumi xarakter daşıyır və işinizlə bağlı müraciət edəcəyiniz hansısa ekspertin, mütəxəssisin ya da səlahiyyətli orqanın məsləhətini əvəz edə bilməz. Əgər vəkil, hüquqşünas və ya notarius əlaqə saxlamaq imkanınız yoxdursa, qanuni yurisdiksiyanızdakı Vəkillər Kollegiyasından səlahiyyətli hüquqşünas, hüquq cəmiyyəti və ya oxşar şəkildə, hüquqşünaslar birliyindən hüquqşünaslarla əlaqə saxlayın.
Nə fərdi olaraq töhfə verən şəxslər, nə operatorlar, nə təkmilləşdiricilər, nə Vikipediyaya sponsorluq edənlər, nə də ki, Vikipediya əlaqəsi olan hansısa şəxs bu veb-saytda təqdim olunan hər hansı məlumat və ya dezinformasiyadan istifadə etmək və ya qəbul etmək cəhdlərinə və bunun nəticələrinə görə heç bir məsuliyyət daşımır.
Vikipediya saytlarında və ya Vikimedia Fondunun hər hansı layihəsindəki heç bir şey hüquqi rəy kimi təklif və təqdim edilmə, və ya başqa şəkildə hüquq praktikası ilə məşğul olmaq cəhdi kimi təqdim edilməməlidir.