Vikipediya Heftenin Secilmis Meqalesi 11 Hefte 2016 - Wikipedia
We Can Do It! — 1943-cü ildə ABŞ-da müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C. Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Hoff adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur.
Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu. Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkillərdən biridir. Plakatın yenidən tapılmasından sonra, müşahidəçilər çox vaxt plakatı qadın işçiləri ruhlandırmaq üçün müharibə cəhdlərinə qoşulması yönündə işləndiyini iddia edirlər. Lakin müharibə zamanı plakat, yalnız 1943-cü ilin fevralında "Westinghouse"a daxilində istifadə olunmuşdur. |