Vikipediya Heftenin Secilmis Meqalesi 12 Hefte 2019 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 12 Hefte 2019 - Wikipedia - Haqqında Məlumat
Taxt oyunları (I mövsüm) — ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış “Buz və alovun nəğməsi” seriyasından ilk roman olan “Taxt oyunları” əsəri əsasında çəkilmişdir. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir.
Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir. Ned, kralın əvvəlki baş məsləhətçisi Con Arrini kimin öldürüldüyünü tapmağa çalışmalı və onun ailəsini onların rəqibi Lannisterlərdən qorumalıdır. O, Lannisterlər barədə qaranlıq sirlər, onun sələfinin ölümə məruz qaldığının üstünü açır. Eyni zamanda Essosdan sürgün edilmiş keçmiş kralın oğlu Vizeris Taqaryan hələ də hesab edir ki, onun taxt-taca layiqli iddiası var. |