Vikipediya Heftenin Secilmis Meqalesi 14 Hefte 2021 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 14 Hefte 2021 - Wikipedia - Haqqında Məlumat
Adolf Eyxman — alman zabiti, Gestapo məmuru, yəhudilərin kütləvi məhv edilməsinə birbaşa cavabdeh şəxs.
II Dünya müharibəsi zamanı SS oberqruppenfüreri Reynhard Heydrix tərəfindən ona nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS oberşturmbannfüreri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. 1960-cı ildə "Mossad"ın agentləri onu Argentinadan qaçıraraq İsrailə aparmış, orada məhkəmə qərarı ilə edam edilmişdir. |