Vikipediya Heftenin Secilmis Meqalesi 16 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 16 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Drezden şəhərindəki Frauenkirxa (alm. Frauenkirche zu Dresden, IPA-deˈ[fʁaʊənˌkɪʁçə], bina başlanğıcda Bizim Sevimli Ledi kilsəsi (alm. Kirche Unserer Lieben Frau) adı ilə tanınırdı) — Almaniyanın Saksoniya vilayətinin paytaxtı hesab edilən Drezden şəhərinin Noymarkt adlı meydanının tam mərkəzində yerləşən məşhur yevangelik-lüteran kilsəsi və şəhərin başlıca dominant və monumental tikilisidir. O protestant dini mərasim tikintisinin əsrarəngiz şəhadətnaməsi hesab edilir və ölçülərinə görə, Alp dağlarının şimalında ucaldılmış ən böyük daş kilsə günbəzinə malikdir. Tikildiyi zaman roma-katolik olmasına baxmayaraq, XV-XVI əsrlərdə katolik kilsəsinə qarşı başlanan və Reformasiya adı ilə tanınan dini etirazlar nəticəsində kilsə protestantların istifadəsinə verilmişdir.
Barokko memarlıq ənənələri ilə ərsəyə gəlmiş hazırki kilsə binası isə bilərəkdən protestant möminlərin ehtiyaclarını təmin etmək məqsədilə inşa edilmişdir. Frauenkirxa protestantların ən görkəmli və sakral abidəsi hesab olunur; ümumi layihəsi memar Georq Ber tərəfindən hazırlanmış kilsə özünün təkrarolunmaz silueti ilə şəhərin mənzərəsinə imperiallıq və təmtəraqlıq abu-havasını bəxş edir. (Davamı...) |