Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2013 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2013 - Wikipedia - Haqqında Məlumat
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur. |