Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2017 - Wikipedia
We Can Do It! — 1943-cü ildə ABŞ-da müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C. Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Hoff adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur.
Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu. Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkillərdən biridir. (Davamı...) |