Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2018 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2018 - Wikipedia - Haqqında Məlumat
Eldənizlər yaxud Azərbaycan Atabəyləri — Sülalənin əsasının qoyulması Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslan şahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq elə keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi.
Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə Sultan Arslan şahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı. Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü. |