Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2020 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2020 - Wikipedia - Haqqında Məlumat
Ateizm — geniş mənada tanrıların mövcudluğuna inamın olmaması. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha dar mənada ateizm xüsusilə "heç bir tanrı yoxdur" mövqeyidir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir.
Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən onlarla eyni dini inancları bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə XVI əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və davamında dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. |