Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2021 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2021 - Wikipedia - Haqqında Məlumat
Ağqoyunlular — Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar. Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir.
Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur. |