Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2023 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Macar inqilabı (1956) — Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu, inqilab başlayan zaman hər hansı liderə sahib olmayan Sovet hakimiyyəti üçün, Avropada cərəyan edən II Dünya Müharibəsinin sonlarında Qızıl ordunun Nasist Almaniyasının qüvvələrini SSRİ ərazilərindən təmizləməsi uğrunda mübarizəsindən sonrakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir.
Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. |