Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Dağıstan azərbaycanlıları — Azərbaycan türklərinin və ya azərbaycanlılarının Dağıstanda məskunlaşmış bir hissəsi. 2021-ci il siyahıyaalınmasına görə, Dağıstan Respublikasında yaşayan azərbaycanlıların sayı 116.907 nəfərdir. Bu say ilə azərbaycanlılar bölgədə ən çox yayılmış VII etnik qrupdurlar.
Dağıstan azərbaycanlıları Dağıstan tarixində mühüm yeri tutmaqdadırlar. Xüsusən Cənubi Qafqazda Türk tayfalarının mövqesinin güclənməsindən sonra Dağıstanda da türklərin və ya azərbaycanlıların mövqeləri güclənməyə, yeni yaşayış məntəqələri meydana çıxmağa başlamışdır. Səfəvi imperiyası və ya onlardan sonrakı Əfşar sülaləsi dövründə bölgəyə hərbi yürüşlərin həyata keçirilməsi regiondakı azərbaycanlı varlığını daha da gücləndirmişdir. |