Vikipediya Heftenin Secilmis Meqalesi 18 Hefte 2015 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 18 Hefte 2015 - Wikipedia - Haqqında Məlumat
Qarabağ FK — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra, İmarət stadionundan didərgin düşən komanda, hazırda Bakıda fəaliyyət göstərir.
Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü. Yarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. |