Vikipediya Heftenin Secilmis Meqalesi 19 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 19 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Yaponiya — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.
Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. |