Vikipediya Heftenin Secilmis Meqalesi 2 Hefte 2012 - Wikipedia
Sibir yupikləri — və ya Yuitlər (öz dilində olan adı: Alyaskada (Yupiget); Rusiyada (Юпигыт)) — Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır.
Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 1980 və 1992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur. Lakin hhazırda bu nisbət daha aşağıdır. Sibir yupiklərinin ənənəvi inancı animizm və şamanizm olsa da 1887-ci ildən etibarən Xristianlıq da zorla yayılmışdır. Sibir yupiklərinin əsasən ovçuluq və yığıcılıqla məşğul olurlar.Fil dişindən hazırlanan müxtəlif əşyalar isə baha qiymətə satılır. Amerika Birləşmiş Ştatları Konqresində 1971-ci ilin 18 dekabr tarixində (ANCSA) adlı qanun qəbul edildi. Bu qanunda Alyaskada yaşayan azsaylı xalqların maraqlarının təmin edilməsi və onların vergidən böyük ölcüdə azad edilməsi nəzərdə tutulurdu. Bununlada Alyaskada yaşayan etnosların sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Sibir yupiklərinində (ANCSA) adlı qanun qəbul edilməsi onlarında durumunun yaxşılaşmasına səbəb olmuşdur. Sovet Sosialist Respublikaları İttifaqı dövründə, Sibirdə yaşayan xalqlara heç bir üstünlük verilməmişdir. Bu gündə Rusiyanın şimalında olan etnoslar kütləvi işsizlik, alkoqolizm kimi problemlərdən əziyyət çəkirlər. |